Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edildi
Müəllimlərin işə qəbulu qaydalarına dəyişiklik edilib.
Tv 713. az xəbər verir ki, bunu Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov deyib.
O qeyd edib ki, müsabiqə ilə bağlı rəy və sorğular əsasında bu il təkmilləşdirmələr aparılıb və yeni qaydalar qüvvəyə minib.
"İşə qəbul müsabiqəsində test imtahan mərhələsində cavablandırma səviyyəsi, ayrılan vaxt təhlil edilərək belə qənaətə gəlindi ki, 90 dəqiqə sualların cavablandırılması üçün kifayət etmir. Bununla əlaqədar həmin müddətin 120 dəqiqəyə qədər artırılması barədə qərar qəbul edilib", - deyə o əlavə edib.