Bankların valyutadəyişmə BARYERİ - PROBLEM

Aktual / İqtisadiyyat 14-fev, 11:349 xebertv 192 0
Bankların valyutadəyişmə BARYERİ - PROBLEM

“Əslində valyutadəyişmə məntəqələrinin bağlanması səhv qərar idi. Çünki onun yerinə ”qara bazar" yarandı. Üstəlik, 4 min insan işsiz qaldı".

Bu fikirləri “Yeni Müsavat”a iqtisadçı Natiq Cəfərli açıqladı. Onun sözlərinə görə, ölkəyə turist gəldiyi halda, valyutadəyişmə məntəqələrinin fəaliyyət göstərməməsi ciddi çətinliklər yaradır.

Ekspert qeyd etdi ki, indi həmin məntəqələri açmaq üçün şərtlər sərtləşdirilib: “Sahibkar valyutadəyişmə məntəqəsi açmaq üçün 100 min manat kapitala malik olmalıdır. Bu vəsaitin 50 min manatı depozit qoyulur, yerdə qalan hissəsinə isə lisenziya alınır, standartlara uyğun işlər görülür. Sahibkar isə ilkin kapital üçün bu qədər vəsaiti ödəməkdə maraqlı görünmür. Nəzərə almaq lazımdır ki, bu məntəqələrin aylıq qazancı yüksək deyil. Ona görə hökumət şərtləri sadələşdirməsə, problem həllini tapmayacaq”.

N.Cəfərli bildirdi ki, hazırkı vəziyyət bankların xeyrinədir: “Ona görə şərtlər sadələşdirilmir. Əgər valyutadəyişmə məntəqələri açılarsa, inhisarçılığa son qoyular. Bu gün turistik ərazilərdə bankların qoyduğu məzənnə daha aşağı məbləğdir, yəni çox gəlir götürə bilirlər. O baxımdan bu vəziyyətdə turistlərin və sahibkarların deyil, bankların maraqları düşünülür”.

Yada salaq ki, manatın iki kəskin devalvasiyadan sonra ölkədə yaradılan valyuta qıtlığı və digər səbəblər valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə nəticələndi.

Bu qadağa 2 il müddətində qüvvədə qalsa da, 2018-ci ilin yanvar ayında yeni qərarla valyutadəyişmə məntəqələrinin fəaliyyətə başlamasına şərait yaradıldı.

“Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” təsdiqləndi.

Yeni qayda valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması, valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi üçün təşkilati, texniki təchizat və təhlükəsizlik tələbləri, həmin tələblərə dair təsdiqedici sənədlərin siyahısını, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formalarını, onların təqdim olunması qaydasını və müddətlərin, valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilərin müəyyən olunması ilə bağlı münasibətləri tənzimləyir.

Ancaq qərarın verilməsindən təxminən 2 ilə yaxın vaxt keçsə də, hələ də valyutadəyişmə məntəqələri fəaliyyətə başlamayıb. Yenə də valyuta mübadilələri bank filiallarında həyata keçirilir.

Problem də buradan qaynaqlanır: turistlər həftə sonları pullarını dəyişə bilmirlər. Banklar işləmir, valyutadəyişmə məntəqələri yoxdur, restoranlar və kafelərdə belə bir xidmət göstərilmir. Yalnız şəhərin mərkəzində, Fəvvarələr Meydanında yerləşən bank fasiləsiz olaraq turistlərə işləyir.

Həmin bank isə rəqabətsiz fəaliyyət göstərdiyinə görə dolları daha aşağı məzənnə ilə dəyişir. Başqa bir ünvanın isə dəmiryol vağzalı ətrafındakı “qara bazar” olduğu bildirilir.

Nəticədə turistlər ciddi problemlə üzləşirlər. Eyni zamanda təcili pulunu çevirmək istəyən hər hansı iş adamı, yaxud orta statistik azərbaycanlı da çıxılmaz vəziyyətlə üzləşir. Bu halda ya şəhərin mərkəzinə getməlisən, ya da həftənin bazar ertəsini gözləməlisən.

Ekspertlər qeyd edirlər ki, Abşeronda, Sumqayıt və Gəncədə valyutadəyişmə məntəqələrinə sahib olmaq istəyənlər 25 000 manat və 25 000 dollar ödəməli olacaq.

Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə girov formasında 10 000 manat və 10 000 dollar ödəməlidirlər. Belə yüksək depozit rəqəminin necə hesablandığı aydın deyil.

Bu məntəqələrin bərpa edilməsi valyuta bazarında rəqabətin formalaşması üçün vacibdir. Məntəqələrin fəaliyyətinin bərpası şənbə-bazar, bayram günlərində yerli və xarici qonaqların valyuta dəyişmək imkanlarının yaranması baxımından da önəmlidir.

Valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilərsə, alış-satış kursu arasındakı fərq daha da azalar. Bundan əlavə, depozitin tamamilə ləğv edilməsinə ehtiyac var.

İkincisi, valyutadəyişmə məntəqələrinin formalaşması mexanizmlərinin yumşaldılması, xüsusən də yer, sahə və digər texniki kriteriyalar üzrə daha yüngül şərtlərin tətbiqi labüddür.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr