Sabir Rüstəmxanlı sosial media istifadəçilərinə çağırış
VHP sədri türkdilli dövlətlərdən olan dostların çevrəsini genişləndirməyin vacib olduğunu vurğulayıb. Bu məqsədlə millət vəkili çağırış edib.
Tv 713. az həmin çağırışı təqdim edir.
“Özbək, qazax, türkmən, qırğız, tatar, türk, Güney Azərbaycanlı tanışlarımızı Azərbaycan sosial media səhifələrinə dəvət edək. Hər kəs öz dilində, öz ləhcəsində yazsa da, bir- birimizi anlamağın çətin olmadığını görəcəksiniz! Bu yolla qardaş ölkələrin ictimai, siyası, mədəni həyatı haqqında daha çox bilgi alarıq və əlaqələrimiz daha da genişlənər”.
Sabir Rüstəmxanlı bu işin artıq başlandığını qeyd edib:
“Türkiyə və Özbəkistandan olan dostlarımız və həmkarlarımızla ilişkilərimizin ildən-ilə genişlənməsi örnək sayıla bilər”.