Deputatın adı QALMAQALDA - İDDİA
Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu, Nərimanov rayonunda prokuror köməkçisi vəzifəsindən qovulmuş Emil Əmiraslanova qarşı dələduzluq ittihamı irəli sürən vətəndaş Tamella Fərzəliyevanın redaksiyamıza müraciəti əsasında hazırladığımız və saytımızda dərc etdiyimiz məqalənin sonunda qarşı tərəfə mövqeyini bildirməsi üçün tribuna təklif etmişdik. O isə təklifimizi dəyərləndirəcəyi gözləntimizin əksinə getdi. Özü də necə?..
Xatırladaq ki, T. Fərzəliyevanın iddiasına görə, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb, qaytarmır. Əlində borclunun təsdiqlədiyi notariat sənədi, habelə aralarındakı borc mübahisələrinin sübutu kimi qiymətləndirilə biləcək telefon danışıqlarının səs yazıları olan borc yiyəsinin Emilin kollec direktoru olan atası və akademik-deputat əmisi ilə məsləhətləşmələri də müsbət nəticə verməyib. Ağsaqqalları gənc Əmiraslanovun borc-püsürlərinə yiyə durmaq istəməyiblər.
İndi isə gəlin görək, Emil Əmiraslanov yazımıza necə reaksiya verib: Eləmə tənbəllik, götürüb T.Fərzəliyevaya hədə-qorxu gəlib. Redaksiyamıza bu barədə məlumat verən Tamella xanım bildirir ki, Emil ondan yazını saytdan çıxartdırmağı tələb edir. Əks təqdirdə onu və qızını şantaj edəcəyi, özünə yaxın başqa saytlarda onları rüsvay edəcəyini deyir.
T.Fərzəliyeva Emilin onu necə təhdid etməsini əks etdirən vat-sap yazışmalarını da redaksiyaya təqdim etmişdir.
P.S. Vətəndaş Tamella Fərzəliyeva bildirir ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb, qaytarmır.
Onun sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək əmisi alim, deputat Əhliman Əmiraslanovun adından alıb. Tamella Fərzəliyeva bildirir ki, həmin 30000 (otuz min) manatı həbsdə olan yaxın adamının ən qısa sürədə azadlığa çıxarılması üçün Emil ondan alıb və əisi Əhliman Əmiraslanovun vasitəsi ilə iş görəcəyini vəd edib, hansı ki, işi yerinə yetirməyib. Qalan böyük hissəsinə isə qızıl-zinət əşiyaları götürüb. Hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab verməyib.
Qarşı tərəfində söz haqqını tanıyırıq.
RealMedia.az