Teref.z yazır ki, redaksiyamıza müraciət edən Abşeron rayonu, Saray qəsəbə sakini Ulduz Bəy Bala qızı Quliyeva həyat yoldaşının qardaşının əməllərindən şikayətçidir. Ulduz Quliyeva bildirir ki, qaynı tərəfindən başladılan və uzun müddət davam edən torpaq mübahisəsi sonda indiyəcən davam edən məhkəməyə qədər gedib çıxıb .
Ulduz Quliyeva həmçinin məhkəmənin məsələ ilə bağlı ədalətsiz və qərəzli qərarından narazılığını ifadə edərək teref.az- yazır:
“Bu müddət ərzində dəfələrlə qaynım- əvvəllər Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sumqayıt xətt polis məntəqəsinin rəisi vəzifəsində işləmiş Azad Quliyev tərəfindən təzyiqlərə məruz qalmışıq.
Xatırladım ki, Azad Qəzənfər oğlu Quliyevin adı 2005-cı ildə Abşeron İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan ,hal-hazırda isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olan Zakir Fərəcov qarşı sui-qəsddə hallanıb. Sonradan Azad Quliyev narkotik vasitələrin saxlanılması ,saxta pulların hazırlanmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdir və altı il həbsdə yatmışdır.
Adıçəkilən cinayət hadisəsi 2007-ci ildə bir çox mətbuat orqanlarda dərc olunan rəsmi məlumatlarda öz əksini tapıb. Məsələn ,3 avqust 2007-ci ildə Milli Təhlükəsizlik Nazirliyindən AZƏRTAC-a daxil olan məlumatda bildirlir ki, dövlət xadiminin xidməti fəaliyyətinə son qoymaq məqsədi ilə sui-qəsd etməyə cəhd, yəni, terror aktı törətmək istəyən Arif Aslanov və digərləri təqsirli bilinərək həbs edilmişlər.
Fəaliyyəti zamanı xidməti işləri ilə əlaqədar rəisi Arif Aslanov o zaman Abşeron rayon icra hakimiyyətinin başçısı Z.Fərəcovla aralarında ciddi narazılıqlar yaranmışdır.
Daha sonra teref.z yazır ki, istintaq-əməliyyat tədbirləri nəticəsində bir çoxları ilə bərabər Sumqayıt xətt polis məntəqəsinin rəisi polkovnik Azad Quliyev də saxlanılmışdır. A. Quliyevin Saray qəsəbəsindəki evində aparılan axtarış zamanı 10 ədəd 100-lük ABŞ dolları əskinası və 100 qramdan artıq heroin aşkarlanır. Fakt üzrə MTN İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb.İstintaqla müəyyən edilib ki, A.Aslanov Z.Fərəcova sui-qəsd etməsi üçün M.Ağayeva sifariş verməsi barədə bir müddət keçəndən sonra Azad Quliyevi məlumatlandırmışdır.
Amma A.Aslanovla ailəvi dost olan A.Quliyev həm də bu məlumatı hüquq mühafizə orqanlarından gizlətdiyi üçün cinayət məsuliyyətinə cəlb olunmuşdur.
3 ay davam edən istintaqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2007-ci ildə o cinayət məhkəməsinin 234.1,234.4.3 maddələri və 204.1-ci (saxta pul əskinaslarının satışı) maddə ilə 11 il müddətinə azadlıqdan məhrum olunmuşdur.
Maraqlıdır ki, cinayətkar əməllərinə görə həbsdə yatan Azad Quliyevin oğlu Vüsal Quliyev sonradan necəsə polis cərgələrinə qəbul olub və indiyəcən də Sumqayıtda polis sistemində işləyir”.
Ulduz Quliyeva qaynı tərəfindən başladılan torpaq mübahisəsinin tarixçəsi haqda bildirir ki, qaynatasının Sarayda 25 sot torpaq sahəsi olub:”Onun 6 sotunu qaynatam Azada vermişdi.Qalan 19 sot isə qaynanam və qaynatam rəhmətə gedəndən sonra bizim ailənin istifadəsində qalmışdı.
Həyat yoldaşım Quliyev Məmmədağa Qəzənfər oğlu və övladlarımızla birgə Abşeron rayonu ,Saray qəsəbəsi, N.Aslanov küçəsi, ev 17 ünvanında yaşamışıq.Yaşadığımız ev həyat yoldaşımın ata evi olsa da ev xüsusi mülkiyyətdə olmamışdır. Həmin dövrdə evin yerləşdiyi torpaq sahəsi sovxozun balansında olmuşdur.
Həyat yoldaşımın atası Quliyev Qəzənfər Məmməd oğlu 1992-ci ildə,anası Quliyeva Xanım Ağaverdi qızı isə 2001-ci ildə vəfat etmişdir. Ailəm qeyd edilən ünvanda yaşadığı üçün həmin ünvanda yerləşən 19 sot torpaq sahəsi 2004-cü ildə "torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamə əsasında həyat yoldaşıma verilmişdir. 2010-cu ildə həyat yoldaşım vəfat etdi.
Bundan sonra mən qeyd edilən torpaq sahəsinin yoldaşıma məxsus hissəsini vərəsəlik üzrə öz adımıza keçirtmişəm və mülkiyyətə dair Dövlət Reyestr Xidmətində Çıxarış əldə etmişəm. Amma bununla belə Azad qanunla bizim payımıza düşən torpağı əlimizdən almağa nail olub.Çox güman ki,məhkəmənin də ədalətsiz qərar çıxarmasında onun ,uzun zaman yüksək polis vəzifəsində işlədiyindən məhkəmə sistemində olan əlaqələri də axırıncı rol oynamayıb.
Əsas problemlərimiz həyat yoldaşım rəhmətə gedəndən sonra başladı.
Həyat yoldaşım son nəfəsində bizi ehtiyatlandırmaq üçün dedi ki,”qardaşımdan uzaq durun”.Görünür o qardaşının nə edə biləcəyini bilirmiş.2013-ildə cəzasının 3/2 hissəsini çəkib azadlığa çıxdıqdan sonra Azad bizə qarşı aglagəlməz tələblər irəli sürdü, əvvəlcədən ona maddi köməklik etməyimizi,sonradan isə- 2015-ci ilin yay aylarında məndən 30 min manat pul vəsaiti tələb etdi.
O tələb olunan pulu verməyəcəyimiz təqdirdə bizə məxsus 19 sot torpaq sahəsini və evi bizdən istənilən hər hansı bir yolla alacagını bildirdi, “Türmədən çıxan adamam ,lazım olsa səni və oğluvu öldürəcəyəm,sizi burda yaşamağa qoymayacağam” kimi sözlərlə təhdid etdi.
Mən məcbur olub dərhal DİN-in “102” xidmətinə müraciət etmişdim.
Biz onun istədiyi qədər pulu verməyə imkanımız olmadığını ona dəfələrlə demişik.
Pul ala bilmədiyini görən Azad öz qanunsuz əməllərini davam etdirmək, bizdən hansı yolla olursa olsun pul almaq məqsədi ilə bizə qarşı Abşeron rayon Məhkəməsində iddia qaldırmışdır. Amma bu məsələdə də o məhkəmədə iddianı ,birinci məhkəməni saymasaq öz adından yox, bacısından etibarnamə alıb guya onun nümayəndəsi kimi çıxış edir.Halbuki reallıqda bu məsələnin başında o özü durur.
Azad öz bacılarını da inandıra bilmişdir ki, bizi hansısa səbəblərdən incitmək lazımdır. Lakin Quliyev Azadın bacılarından biri onun əsl niyyətini başa düşərək sonradan iddiadan imtina etmişdir. Quliyev Azad bizə xüsusi mülkiyyət hüququ ilə məxsus olan 19 sot torpaq sahəsinə iddia eləməyə başlamışdır. Quliyev Azad guya ki, torpaq sahəsinə aid sənədlərin saxta olmasını, torpağın əslində həyat yoldaşımın atasına məxsus olduğunu iddia edirdi. 2015-ci ildə o bizi məhkəməyə verib torpaq sahəsini almaq istiyərkən Abşeron rayon Məhkəməsi onun əsassiz iddiasını rədd etmişdir.
Abşeron rayon Məhkəməsində (Hakim İlkin Rəcəbov) aparılmış hərtərəfli araşdırma zamanı müəyyən edilmişdir ki, Azad Quliyev iddia müddətini ötürmək ilə iddia qaldırmışdır. İddia müddəti ötdüyü üçün Abşeron rayon Məhkəməsi 06 avqust 2015-ci il tarixli 2(012)-2125/2015 sayli qətnaməsi ilə Azadın iddiasını ədalətli olaraq rədd etmişdir.
2016- ci ildə qarşı tərəf Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə razılaşmadıqları üçün apellyasiya şikayəti vermişdirlər. Azad Apellasiya məhkəməsinə müraciət edir, orada öz köhnə tanışı Səyyad Qafari adlı hakimlə əlbir olaraq öz xeyrinə qərar çıxardıb bizə məxsus 19 sot torpag sahəsinin 15,2 sotunu ələ keçirdməyə, əlavə olaraq bizdən onların xeyrinə 12 min manat miqdarında "mənəvi zərər" təzminatı ödəmək qərarının cıxmasına müvəffəq olmuşdur.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim hakim Səyyad Qafari işi tam və obyektiv araşdırmadan, maddi və prosessual hüquq normalarının pozulması ilə apellyasiya şikayətini təmin etmişdir.Yeri gəlmişkən hakim Səyyad Qafarinin bu cür ədalətsiz qərar çıxarması birinci hal deyil.Təsüdüfi deyil ki,onun haqda mətbuatda vətəndaşlar tərəfindən çoxlu sayda şikayətlər dərc olunur,prezidentə dəfələrlə şikayət olunub.
Ali Məhkəmənin Mülki Kollegiyasının 12 iyul 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
Hətta ehtimal olunsa ki, iddia müddəti ötürülməmişdir, bu halda belə iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçıların anası olan Quliyeva Xanım Ağaverdi qızı 2001-ci ildə vəfat etmişdir. Qeyd edilən ünvanda isə bizdən başqa heş kim yaşamamışdır. Beləliklə həyat yoldaşım digər qardaş və bacılarından (iddiaçılardan) fərqli olaraq vərəsəliyi faktiki olaraq qəbul etmişdir. Məhkəmə bu hala heç bir münasibət bildirməmişdir. Bundan başqa qeyd etmək lazımdır ki,qarşı tərəf qaynanamın adına olan, digər yerdə yerləşən 10 sot bir, 15 sot da bir torpaq sahəsinin (cəmi 25 sot) 21 sotunu bizim xəbərimiz olmadan satıb , 4 sotunu isə Azadın oglu Quliyev Vüsalın adına kecirilib, halbuki orda vərəsə kimi bizim payımız var. Apellyasiya məhkəməsində və Ali Məhkəmədə isə bu da nəzərə alınmamışdır.
Ümumiyyətlə məhkəmə işi tam və obyektiv araşdırmamışdır. Məhkəmə iddianı tam şəkildə təmin etməklə bir neçə rəsmi sənədi etibarsız hesab etmişdir. Məhkəmə hətta mənim adıma verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən bizə verilən çıxarışı da etibarsız hesab etmişdir. Məhkəmə qətnaməsi ilə digər sənədlər ilə yanaşı daşınmaz əmlakın Dövlət Reyestrinden verilmiş 08.08.2012-ci il tarixli çıxarış da etibarsız hesab edilmişdir.
Onda belə çıxır ki,Dövlət Reyestr Xidməti bizə saxta sənəd verib.Əgər belədirsə onda niyə dövlət qurumunun həmin əməkdaşları məsuliyyətə cəlb olunmayıblar?!
Bu cür şübhəli və qərəzli məqamlar məhkəmə materillarında kifayət qədərdir və sonda onlar barəsində mənim müraciətimin fotolarını təqdim edirəm.
Konstitusiya Məhkəməsinin MK-nın 2016-cı il tarixli saylı qərarından yazdığı şikayətində bu qərarın Konstitusiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin müddəalarına zidd olmasını dəlillərlə göstərsə də təəsüflər olsun ki,məhkəmə prosesi zamanı bütün bu açıq-aydın dəlillərə göz yumulub, qərar hələ də qüvvədə qalıb.
Azad Quliyevin öz mərhum qardaşının ailəsinə qarşı bu cür hərkətlər hansı huquqa, mənəviyyata, insaniyyətə sığır?Öz mərhum qardaşının ailəsinə qayğı ilə yanaşmaq əvəzinə ona düşmən kəsilmək nə dərəcədə düzgündür?!
O bildirir ki, ata yurdu davası edən insan sonradan-məhkəməni udduqdan və torpaq sahəsini artırdıqdan sonra da bununla kifayətlənməyib ərazidəki 3,8 sot ərazini başqasına satıb. Özü də torpaq sahəsini elə yerdən satıb ki,onların evinin qabağı tamam tutulub.
Hal-hazırda da evimizin girişi,pəncərəmizin qabağı Azad Quliyevin qanunsuz olaraq satdığı şəxs tərəfindən tutulub. Öz evimizə sərbəst gedib-gəlmək üçün eviminizin giriş-çıxışının açılması ilə bağlı qaldırdığımız iddiaya bu yaxınlarda Apellyasiya Məhkəməsində baxılacaq. İnanırıq ki, bu dəfə qanun bizim xeyrimizə qərar çıxaracaq.
Azad Quliyev haqsızlıq edərək bizi məhkəməyə verdi,hansı yollarsa məhkəmənin onun xeyrinə qərar çıxarılmasına beləliklə bizə məxsus olan torpaq sahəsinin əlimizdən alınmasına,bizim ona pul təminatı ödəməməsi qərarına nail oldu. Amma bu adam indi də bizdən əl çəkmir,allahsızlıq edib bizə qarşı düşmənçiliyini davam edir.Əlimizdə olan kiçik bir ərazidəki evimizə belə gəldikdə bizi təxribata cəlb edir,öz evimizə gediş-gəlişimizə, bu evdə yaşamağımıza hər cür vasitələrlə mane olmağa çalışır,bu yeri də bizə çox görür. Əgər məqsəd torpağı əlimizdən almaq idisə o buna nail olub hələki.
Belə çıxır ki,onun əsas məqsədi düşmənçilikdən, prinsipdən,bizə pislik etməyə çalışmaqdan başqa bir şey deyil.
Bütün bu haqsızlıqlara rəğmən ümid edirəm gec-tez haqqı-ədalət öz yerini tapacaq,bizim mülkiyyət hüququmuz sonda bərpa olunacaq.Və bunun üçün biz lazım olan bütün qanuni addımları atacağıq”.
Ulduz Quliyeva
Teref.az oraq yuxarıda adları çəkilən şəxslərin mövqeyini dinləyib, yayınlamağa hazırıq!
Teref.az