Prokuror 7 il iş istədi, hakim bəraət verdi

Manset / Ölkə 16-mar, 15:179 xebertv 67 0
Prokuror 7 il iş istədi, hakim bəraət verdi
























Bakı Ağır Cinayətlər Məhkəməsində bir mənzili bir neçə nəfərə satmaqla dələduzluq etməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Samir Quliyevə hökm oxunub.

XəbərTv.info-nun qafqazinfo-ya istinadən verdiyi məlumata görə, hakim Zeynal Ağayevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək Samir Quliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

S.Quliyevin vəkili Vasif İsrafilov müdafiə çıxışı edərək bildirib ki, cinayət işi açılan zaman Samirə əvvəlcə saxta sənəd hazırlama və saxta sənəd hazırlamağa görə məsləhət vermə ittihamı irəli sürülüb və o, həbs olunub: “Sonra ona qarşı dələduzluq ittihamı da əlavə olunub. İttihamı sübut edən faktlar yoxdur. Elmira Şirinova (“Bulaq-2” Mənzil Tikinti Koperativinin rəhbəri) mənzilləri özü satıb. Bunu mətbuata verdiyi videomüsahibəsində də təsdiqləyib. Daha sonra isə istintaqdan Elmira Şirinovadan Samirə qarşı daha bir qərəzli ifadə alıblar. Guya, Samir Elmira Şirinovadan məhkəməyə rüşvət kimi vermək üçün 30 min manat alıb. Amma rüşvətin kimə, nə vaxt verdiyini sübut edən heç bir fakt yoxdur. Sadəcə zərərçəkənləri sakitləşdirmək üçün belə bir addım atıldı və Samir həbs edildi. Samir Elmira Şirinovadan məhkəməyə rüşvət kimi vermək üçün 30 min manat alması epizodu da öz təsdiqini tapmayıb. Çünki onun pulu verdiyini dediyi vaxt Samir başqa yerdə olub. Bunu anten məlumatları da təsdiq edib”.

V.İsrafilov çıxışında Samir Quliyev barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmə müşavirədən sonra Samir Quliyev barəsində bəraət hökmü çıxardığını elan edib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elmira Şirinova “Bulaq-2” Mənzil Tikinti Koperativinin rəhbəri olub. MTK Binəqədi rayonu Cəfər Xəndan küçəsində hündürmərtəbəli bina inşa etdirib. O, 2015-ci ildə təhvil verilməli olduğu binanı vaxtında inşa etməyib. Bundan əlavə isə mənzilləri 2-3 nəfərə satıb. Samir Quliyev isə onunla əlbir olmaqda ittiham edilib. E.Şirinova istintaq dövründə vəfat edib.

Samir Quliyev mərhum Elmira Şirinovanın nəvəsinin keçmiş həyat yoldaşıdır. O, bir neçə ay MTK-da Elmira Şirinova ilə çalışıb. S.Quliyev həmçinin Binəqədi bələdiyyəsinin sədrinin müavini olub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr