Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmaq lazımdır? - VİDEO
Vergilər Nazirliyi koronavirus pandemiyası ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması istiqamətində sosial məsuliyyət tədbirlərini davam etdirir.
Nazirlikd’n “APA-Economics”ə bildirilib ki, koronavirusla mübarizənin səmərəliliyinin artırılması, əhalinin təlaşa düşməməsi və sadə gigiyena qaydalarına riayət etməsinin təşviqi məqsədilə, nazirliyin Media və kommunikasiya idarəsi doğru davranış qaydalarından bəhs edən “Koronavirusdan necə qorunmalıyıq?”, “Koronavirusdan qorunmaq üçün ticarət obyektlərində necə davranmalıyıq?” başlıqlı sosial çarxlar hazırlayıb. Bundan başqa, “Tibbi maskalardan nə zaman və necə istifadə etməliyik?”, “Koronavirusdan qorunmaq üçün əllərimizi necə yumalıyıq?”, “Yaşlıları koronavirusdan qoruyaq!” və digər movzularda məlumatlandırma xarakterli çarxlar da hazırlanır.