Popov Vaşinqtona yollandı
ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov oktyabrın 23-ü Dağlıq Qarabağ üzrə görüşlərdə iştirak etmək üçün Vaşinqtona səfərə yollanıb.
TV713. az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib.
Qeyd edək ki, 23 oktyabrda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ABŞ Dövlət katibi Mayk Pompeo ilə görüşü olacaq. Həmçinin ATƏT-in Minsk Qrupu həmsədrlərinin toplantısı da baş tutacaq.