Deputat Erkin Qədirli: “Mən siyasətçi kimi məhv oldum...”
“Jurnalist İsmayıl Cəlilova verdiyim müsahibə tam biabırçılıq idi. Əgər mən özümü siyasətçi hesab etsəydim o zaman deyərdim ki, siyasətçi kimi məhv olmuşam”.
Bu barədə özünün Facebook səhifəsində ReAL hərəkatından deputat Erkin Qədirli yazıb.
Erkin Qədirli bəyan edib ki, özünü siyasətçi hesab etmir və ona görə də həmin biabırçılığı müsahibə vermək bacarığının olmaması ilə əsaslandırır. “ən bütün bu illərdə jurnalistlərdən elə belə qaçmırdım. Bu gün mən “Azadlıq” radiosuna müsahibə verdim. Müsahibə dəhşətli dərəcədə biabırçı alındı, hərdən mən öz qəzəbimi boğa bilmirdim. Müsahibədən sonra mən özümü əzilmiş hiss etdim”,-o yazıb.
Qeyd edək ki, Erkin Qədirli hüquqşünas Xalid Bağırovla birlikdə ABŞ-da yaşayan jurnalist İsmayıl Cəlilovun YouTube kanalına müsahibə veriblər. Müsahibənin gedişində E.Qədirlidən ReAL sədri İlqar Məmmədovun son bəyanatı haqda soruşublar. İ.Məmmədov həmin açıqlamasında parlamentin son iclası zamanı Qədirliyinin internetdə xoşagəlməz informasiyaların yayılmasına görə cəzaları nəzərdə tutan düzəlişə niyə səs verdiyini əsaslandırmağa çalışmışdı.
X.Bağırov qeyd edib ki, həmin qanun gələcəkdə Azərbaycanda tənqidi səsləri susdurmaq üçün istifadə oluna bilər. Erkin Qədirli isə bu zaman qoyulan suallara tutarlı cavablar verə bilməyib, tez-tez çaşıb və hətta aparıcını təxribatçı suallar verməkdə günahlandırıb.
Müsahibənin sonunda Qədirli deyib ki, özünü siyasətçi hesab etmir və Milli Məclisə təsadüfən düşüb. Aparıcı isə onu özünü biabır etməməyə çağırıb və Qədirli ilə söhbəti yarımçıq kəsib.
tv713.az