Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü

Ölkə 22-mar, 16:029 xebertv 186 0
Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü




















Prezident İlham Əliyevin ölkədə koronavirusla mübarizəyə dəstək üçün yaratdığı xüsusi Fonda biznes subyektləri, sahibklarlar tərəfindən ianələrin köçürülməsi kampaniyası sürətlə genişlənir.

Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov da prezidentin çağırışına qoşularaq bu kampaniyaya dəstək verib, iş adamının sahibi olduğu “AzNar” QSC həmin fonda 1 milyon manat vəsait köçürüb.

Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü
























Fərhad Əhmədovun bununla bağlı yaydığı bəyanatda deyilir: “Azərbaycan da bütün dünya ölkələri kimi COVİD-19 koronavirus pandemiyası ilə bağlı yaranmış mürəkkəb vəziyyətlə üzləşib. Ölkə rəhbərliyi qətiyyət və uzaqgörənlik nümayiş etdirərək ölkənin həyat əhəmiyyətli maraqlarının müdafiəsi və onun vətəndaşlarının qorunmasına yönəlmiş preventiv xarakterli kompleks tədbirlər həyata keçirir. Bu gün bütün xalqın səylərinin təhlükəli xəstəliyin yayılmasına qarşı mübarizəyə cəmləşdirilməsi heç vaxt olmadığı kimi zəruridir. O cümlədən bu gün biznesin də sosial məsuliyyət nümayiş etdirməsi heç vaxt olmadığı kimi zəruridir. Bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin çağırışını dəstəkləyərk T. Əhmədov adına “AzNar” QSC-nin Direktorlar Şurası koronavirusla mübarizəyə dəstək Fonduna 1 milyon manat vəsaitin köçürülməsini qərara alır”.

Fərhad Əhmədov da prezidentin çağırışına qoşuldu, Fonda 1 milyon manat köçürdü

















































Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

Biznesmen Fərhad Əhmədov bundan əvvəl də Azərbaycanda geniş xeyriyyəçilik fəaliyyəti həyata keçirib, o cümlədən manatın iki dəfə devalvasiyaya məruz qalması ilə bağlı yaranan iqtisadi böhran zamanı “AzNar” QSC-nin işçilərinin bütün kredit borclarını ödəmişdi.


tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr