İSA MƏSİH MƏŞƏQQƏTİ VƏ QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ÜÇÜNCÜ YOL

Yazarlar 26-sen, 10:249 tv713 162 0
İSA MƏSİH MƏŞƏQQƏTİ VƏ  QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ ÜÇÜNCÜ YOL
İGİD TEYMURLU

SAHİBƏ QAFAROVANIN RUSİYA SƏFƏRİNDƏ ÖLÜM PARILTISI


Katolik monastırları öz varlığı etibarilə məsum ölüm parıltısı ilə doludur. Divara qızıl mıxlarla mıxlanmış İsaların başında gümüş tikanlardan çələnglər var. Alınlarında yaqutdan qan damcıları, gözlərində almazdan göz yaşları vardır".. Bu gözqamaşdırıcı səhnə mənim yox, dahi Hüqonun təqdimatındandır. Anarxist təxəyyüllü insanların sapındırıcı meyillər üzərində köklənən düşüncələrinin oturuşmasına təkan verəcək həmin “ölüm parıltısı” bu gün də gözümüzün önündədir. Monastıra tapınmışlar tək alınlarında qan damcıları görünən milli rusbaşlılarımız və Qərbə leylək sədaqəti göstərənlərimiz “Qarabağ probleminin həlli” istiqamətində sərgilədikləri formatlarla Azərbaycanı axtalanmaq yaşantısıyla üz-üzə qoymaq istəyirlər.

QARABAĞ İŞĞALINA SON!

Biz “”Qarabağ işğalına son!” deyə-deyə almaz göz yaşlarıyla guya ki, halımıza acıyanların varlığımıza qənim kəsilmələrinin deyəsən heç fərqində də deyilik - HƏM DƏ ZAMAN FAKTORUNU FÖVTƏ VERMƏKLƏ!

MİLLİ YƏHUDALARIN İSA MƏSİH MƏŞƏQQƏTİ

İLAHİ, bu millətin başına daha hansı oyunlar açılmalıdır ki, bir olmağı sərgiləməyi bacarsın. Bu gün gümüş tikanlardan bizim də başımıza çələnglər qoymağa çalışan Qarabağ probleminin həllinə yükümlü olan beynəlxalq təşkilatlar iç problemimizi özlərinin satqın Yəhudalarının əliylə həll etməyə çalışırlar. Və indi bizim içimizdə olan satqın Yəhudalar da İsa Məsih olaraq çarmıxa çəkilmək məşəqqətini zorən yaşamaqdadılar....

UZANAN YOLLAR VƏ NİCATIMIZ

Qarabağın azad edilməsilə bağlı ortalıqda 2 yanaşma mövcuddur:
1. Azərbaycanın Avroatlantik məkana inteqrasiyası;
2. Yaxın qonşu və problemin birbaşa iştirakçısı olan Rusiya ilə əlaqələrin inkişafı....
AMMA VƏ LAKİN
...hər iki yol Azərbaycana yaxşı heç nəyi vəd etmir.
Qarabağın həllinin açarı yalnız və yalnız Azərbaycan əsgərinin əlindədir. O Azərbaycan Əsgəri ki, çiyin-çiyinə öz türk qardaşlarıyla mücadiləsini yapacaq.

BUNA İNANMAYANLARA XATIRLATMA:

Avropanın 20-dən artıq ölkəsi, Amerikanın 30-a yaxın ştatı qondarma erməni soyqırımını tanıyıb birbaşa ermənilərin maraqlarından çıxış etməkdədilər (bunlarmı mənə həyan çıxacaqlar!?).

Ikinci variant olan Rusiya isə bu problemi yaradanın və "yaşadan"ın özüdür (mənə həyan çıxan bumu olacaq).
Qalır ÜÇÜNCÜ YOL - O YOL TÜRKÜN YOLUDUR - NİCAT YOLUMUZ!
NİCAT YOLUMUZsa milli birliyimizdən, vətəndaş həmrəyliyimizdən və Turançılıq ideologiyasından keçir.

QƏRBİN “XRİSTİAN ERMƏNİSTAN” SEVGİSİ

90-cı ildən üzü bu yana düşüncədə dəyişən bir şey olmayıb. Dəyişən qartıyan dərdlərimizdir..
Bu gün çoxumuzun ümid yeri kimi baxdığımız Qərb dünyasının “Almaniya mətbuatı yazır ki, müsəlman Azərbaycan xristian Ermənistanı vuruyor”(sitat mühacirətdə yaşayan soydaşımız Orxan Arasdandır).
Amma biz yenə də Qərbə sarı leylək sədaqətiylə boylanırıq!
Bu gün həmin Rusiya Ermənistanı silahlandırmaqla həm də öz forpostunun qoruyucusu kimi davranır, bizim rusbaşlılar yenə də Kremlə sarı sevgi dolu ürkək baxışlarla boylanırlar!

ÜÇÜNCÜ DÜNYA MÜHARİBƏSİ” VƏ İTİRDİKLƏRİMİZƏ MÜNASİBƏT

Ərazisi işğal olunmuş dövlət olaraq biz bütün məqamlarda problemlərimizin həllinə təkcə Qarabağın deyil, bütövlükdə itirilmiş torpaqlarımızın kontekstində baxmalıyıq ki, müzakirələrin gedişatında da ən azından zaman etibarilə gerçəkləşdirə bilməsək belə konulası bufer zona mövzusu olsun. Axı indi onsuz da ərazilərin yenidən bölüşdürülməsi uğrunda Roma Papasının təbirincə desək, " bu gün bəşəriyyət üçüncü dünya müharibəsini yaşayır". Başqaları özünün olmayan ərazilər uğrunda müharibəyə girişirsə, nədən bizlər öz dədə-baba yurdlarımıza sahib çıxmayaq!?

SAHİBƏ QAFAROVA BUNDAN BAŞLAMALI İDİ

Vətəndaş Həmrəyliyi Partiyasının sədri SABİR RÜSTƏMXANLI tam haqlı olaraq dəfələrlə vurğulayıb ki, ”Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi” düzgün ifadə deyil. Bununla bizə Dağlıq Qarabağdakı erməniləri tərəf kimi qəbul etdirirlər. Bu, münaqişə deyil, bu, Ermənistan-Azərbaycan müharibəsidir". Amma nə yazıq ki, bütün sferalarda biz hələ də bu ifadəni doğru-dürüst işlətmirik.
Bişkek protokolundan sonra Samvel Babayanın imzası deyəsən bizim üçün yol göstərici olub ki, Dağlıq Qarabağda yaşayan erməniləri tərəf kimi qəbul edirik.
Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya səfərinə son dövrdə baş verən proseslərin fonunda məntiq etibarilə heç bir ehtiyac duyulmasa da, ancaq atılan addım çərçıvəsində xanım siyasətçi elə ilk olaraq buradan başlamalı idi - sərhədlərimizin tam şəkildə bərpası, problemin adının düzgün adlandırılması və bundan sonra danışıqlar yolu...

SAHİBƏ QAFAROVANIN TƏQDİM EDƏ BİLMƏDİYİ RİTORİKA VƏ DİPLOMATİYAMIZIN DÜYMƏLƏNƏN PENCƏYİ

Sonra Sahibə Qafarova həmin Kələntəryan-Lavrovu ritorik suallar yağışına tutmaqla həm də soruşmalıydı: əgər ermənilər Qarabağda ta qədimdən yaşadıqlarını iddia edirlərsə, onda nədən Xankəndində 150 illik heykəl qoymuşdular?
Xanım siyasətçi bunu etmədi, əvəzindəsə Kələntəryan-Lavrov qarşısında təqdim etdiyi nümayəndəmizin müticəsinə pencəyinin düyməsini bağlaması adamın gözü qarşısında sözəbaxan və ifallı uşaq obrazı yaratdı.

ANLAYA BİLMƏDİYİMİZ GÜN – ZƏNGƏZURUN UNUDULMASI

Azərbaycana tuşlanan toplar Avropadan, Amerikadan və Rusiyanın özündən atılır. Və bu özünü Qarabağ probleminin həlli istiqamətində ildən ilə daha ağır şərtlərin ortaya qoyulmasında da göstərir..
Bununla bizə həm də Təbrizi, Dərbəndi, Göycəni, Zəngəzuru, Borçalını, Qarayazını unutdurmaqla Qarabağı erməniləşdirmək üçün ötən zamanın dayəliyilə növbəti planlar cızırlar. Sahibə xanım bu həqiqətləri Rusiyada ortaya qoymalı idi......qoymadı.

"YEM" OLMA SƏHNƏSİNDƏ QAN DAMCILARI

İmperiyalar zamanı bitsə də, ancaq bu gün geopolitik məkanda yeni oyunlar oynanılır.
İmperiya həvəsli illüzionistlər “fakt” olaraq əsil gerçəkliyi danır və gerçək istəklərinin əsilliyini reallaşdırmaq yolunda despot kim davranırlar. Rusiyaya səfər edən nümayəndə heyətimizsə müstəqil dövlətin söz sahibi kimi deyil, elə həmin mperiyaya xidmət edən məmur kimi davranmaqla Kələntəryan-Lavrova "5 rayon" açıqlamasıyla əslində Azərbaycanın kapitulyasiya aktını onlara təqdim etməsinə şərait yaratdılar...
Sahibə Qafarovanın Rusiyaya düzənlədiyi səfər “Rusiya ilə əməkdaşlıq qorunub saxlanılmalıdır” mesajı versə də, Kələntəryan-Lavrovun diplomatik davranma tərzindəsə Sahibə Qafarovanın rəhbərlik etdiyi nümayəndə heyətinin timsalında Azərbaycan Rusiyanın qarşısında yem timsalında göründü. O "yem" olma səhnəsində müstəqil dövlət üçün bir ölüm parıltısı olsa da, amma azadlığımız yolunda axıtdığımız qan damcılarımızla boyanan bayrağımız bir daha yenməyəcək..Və bunun qarantı həpimizin timsalında Azərbaycan Əsgəridir!

SƏRDAR CƏLALOĞLUNUN DİKTƏSİ VƏ SAHİBƏ QAFAROVANIN İNCƏ SƏSİ

Hansısa statusla rusların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə çalışan Lavrovun mövqeyinə ADP sədri Sərdar Cəlaloğlunun "Şuşa, Xankəndi, Ağdam, Laçın və Kəlbəcəri verin, sülhməramlı kimi Pakistan və Türkiyə hərbçilərini yerləşdirin" diktəsini Sahibə Qafarova Lavrovun sifətinə çırpmalı idi. Amma əvəzində dünya Sahibə Qafarovanın incə səsini eşitdi.

NAPALEONUN “OYUNCAQLARI”, KƏL QOŞMAYAN, CÜT SÜRMƏYƏN NÜMAYƏNDƏLƏR

Deyirlər quş öz qanadına arxalanar və qurdu da meşədən aclıq çıxarar. Dünya ağalığı həsrətində olanların “Azərbaycandakı “kalonları”nın fəaliyyəti onlara uçmaq üçün verilən qanad və qarın doyurmaq üçün verilən yem formasında üzə çıxır. Qərb poeziyasının fantastik surətləri “siyasi məhbus” yarlığı altında gizlənənlərin nəzərində bütün şeyləri adiləşdirib. Qərbin onları, onların da Qərbi bəyənmələri heç də hansısa “demokratiya”ya olan sevgilərindən deyil, “Napaleon oyuncaqları”na olan həvəslərindəndir. Qərb də, Rusiya da onlar kimi düşünənlərə oyuncaq verib Napoleon kimi onları idarə edir.
Napaleon öz ordusunu “Böyük Ordu” adlandırandan sonra 18 generala “Fransanın marşalı”, 1,5 min əsgərə də “Şərəf Legionu” ordenini verir. Qorxunc saçan döyüşlərdə polad kimi bərkimiş müharibə veteranları Napaleonu tənqid edib, onun verdiyi ordenləri “oyuncaq” adlandırırlar. Napaleonsa cavabında “mən insanları oyuncaqlarla idarə edirəm” demişdi...
Bu gün Azərbaycan ziyalıları içərisində olan rusbaşlılar müstəqillik yolumuzda kəl qoşub, cüt sürmədiklərindən Azərbaycan çörəyinin qədrini də bilmir və beləcə milli maraqlarımızı tapdalamaqla oyuncaq həsrətilə xaricin 5-ci kalonuna çevrilirlər. KAXCP sədri MİRMAHMUD MİRƏLİOĞLU demişkən, "özümüzü nə müsəlman, nə də türk kimi isbat edə bilmirik".

VİRTUAL MÜHAZİRƏLƏR, COŞAN EMOSİYALAR

Bu arada millət vəkili, BAXCP sədri QÜDRƏT HƏSƏNQULİYEVin Anna Akopyana YÖNƏLİ Azərbaycan Əsgərinin coşan emosiyalarını dilə gətirməsinin Hikmət Hacıyev tərəfindən anlaşılmaz şəkildə qiymətləndirilməsi də elə Sahibə Qafarovanın səfərindəki incəliyin davamı idi...
Bu incəliyin arxasında həm də 30 ilə yaxındır ki, virtual mühazirə oxuyanların “xalq savaşa hazır deyil, erməninin arxasında Rusiya kimi nəhəng var” tapıntısıyla bilərəkdən, ya da bilməyərəkdən inamsızlıq və qorxu sindromu aşılamaq cəhdi olmasa da, amma zahirən bu, belədir. Kimdir bu "xalq" - Azərbaycan hakimiyyəti, Azərbaycan müxalifəti, Azərbaycan generaliteti, siyasətçilər, vətən həsrətli dərdiylə baş-başa qalan millət, qaçqın, köçkün halında yaşayanlar?

TANINAN VƏ UNUDULAN ƏRAZİ BÜTÖVLÜYÜMÜZ

Bu gün işğal olunmuş ərazilərmizi ermənilər "azad olunmuş ərazilər" kimi təqdim edir və yayılan məlumatlara istinad etsək, "həmin ərazilərə artıq 23 min əhalini də məskunlaşdırıblar"...Minsk Qrupu indiki fəaliyyətilə əslində Dağlıq Qarabağı bizim əlimizdən almağa çalışır...
Bəli, bizə təklif olunan ərazi bütövlüyü prinsipiylə xalqların öz müqəddaratını həll etmə prinsipi daban-dabana ziddir – biri olacaqsa o birisi avtomatik olaraq olmayacaq. Sahibə Qafarova Kələntəryan-Lavrovun sifətinə həm də bunu çırpmalı idi. ÜMİD PARTİYASINLN SƏDRİ İQBAL AĞAZADƏnin də dediyi kimi beynəlxalq hüquqla tanınan sərhədlərimizin bütövlüyünü, bərpasını tanımağı tələb etməli idi bu despot düşüncəlidən. Sahibə Qafarova belə unutqanlığa görə Kələntəryan-Lavrovu qınamalı idi, qınamadı və davranışı göstərdi ki, heç o qüdrətdə də deyil...

QARABAĞIN XİLASI YOLUNDA "ÖLÜLƏR ANDI" VƏ RUHLARIN DİKTƏSİ

Özümüz olaq, avropalılara bənzəməyə çalışmayaq. O avropalılara ki, onlar üçün benediktçi rahibləri bir “bağışlanma mərasimi” düzənləyərdilər. İndulgensiya qəbzləri satıb cənnət vəd edərdilər - guya ki, günahları bağışlandı.
Bizim “günahlar”ımız bu Vətən qarşısındadırsa, bağışlanmanı da bu Vətəndən ummalıyıq, benediktçi rahiblərdən yox! Bizi gözləyən Müharibə və Qələbə var, bütün addımlarımız, bütün düşüncələrimiz də buna köklənməlidir. Sahibə xanım Qafarova da bu ultimatumu verməli idi Kələntəryan-Lavrova. Necə ki, cənab Prezident bunu BMT tribunasından açıqca bəyan etdi... Monastırda olduğu kimi gümüş tikanlardan başa çələng qoymaq, siyasi davranışların məntiqi prizmasında özünü monastır sakini tək göstərib “ölülər andı” içmək Qarabağın xilası yolu deyil..Qarabağın xilası yolu ancaq və ancaq müharibədən keçir və bizim üçün “ən gözəl erməni ölü erməni” olmalıdır. Bütün bunlarsa Hüqonun deyil, işğal altında qalan yurd yerlərimizdə bu gün də döyüşən Şəhid RUHLARının Diktəsindən doğan təqdimatdır....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar