Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqləyib

İqtisadiyyat / Manset 27-mar, 11:209 xebertv 112 0
Dünya Bankı Azərbaycana ayrılmış növbəti kredit xəttini təsdiqləyib


Dünya Bankının (DB) Direktorlar Şurası tərəfindən Azərbaycanda “Məhkəmə xidmətləri və əqli infrastruktur” layihəsinə əlavə 50 mln. dollar həcmində kreditin verilməsi təsdiqlənib.

"APA-Economics"in banka istinadən verdiyi məlumata görə, layihənin 50 mln. dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən, qalan 20 mln. dolları isə hökumət tərəfindən ayrılacaq. Layihə məhkəmə xidmətlərinin təkmilləşdirilməsi, təsisat potensialının və səmərə dərəcəsinin yüksəldilməsi, məhkəmə infrastrukturunun genişləndirilməsi və yenilənməsi və yüksək texnologiyaların məhkəmə sisteminin daha səmərəli işləməsi üçün tətbiq edilməsindən ibarətdir.

“Məhkəmə sistemində islahatlar iqtisadi artım üçün əlverişli mühitin yaradılması və vətəndaşlara və müəssisələrə səmərəli xidmət göstərilməsinin açarıdır. Bu layihə Azərbaycanda elektron məhkəmə xidmətlərini bütün insanlar üçün əlçatan edəcək", - deyə Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Nəqvi qeyd edib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr