AUTİZMİN AZƏRBAYCAN SİNDROMU

Manset / Yazarlar 02-apr, 10:459 tv713 9 0







İGİD TEYMURLU


İLAHİ ƏDALƏTdən qorxun


2 APREL - Dünya Autizm Maarifləndirmə Günüdür...

Beynəlxalq statistikaya istinadən mütəxəssislər bildirirlər ki, bu gün "DÜNYADA 70 milyon insan AUTİZM SİNDROMLUDUR"...

Aparılan müşahidələr göstərir ki, bu problemlə bağlı Azərbaycandakı vəziyyət daha kritik həddədir. Qeyri rəsmi məlumatlara görə bu gün "AZƏRBAYCANDA hər doğulan OĞLAN UŞAQLARINDAN 55 NƏFƏRİ, hər doğulan QIZ UŞAQLARIndan isə 252 NƏFƏRİndən biri autizm sindromlu"dur!!!

Bu, bir dəhşətdir!..

Və "bu, bir dəhşətdir!" deyəndə çoxları heç bəlkə də bu ifadənin fərqinə belə varmır. Ancaq bu dəhşətin nədən ibarət olmasını o dərdi, o yükü çəkən bilər. Bir də hər şeyə qadir olan Allah...

Tam səmimimiyyətimlə və əminliklə deyirəm ki, bu dövlətin aidiyyatı məsələ üzrə yükümlü olan məmurlarının, ayrı-ayrı fondlarının, təşkilatlarının "problemin həlli istiqamətində atdıqları addım"lara diqqət yetirəndə adam sadəcə olaraq, insan olduğundan utanır, öz dövlətindən güvənc görmədiyinə görə xəcalətindən yerə girmək istəyir.

Bölgənin ən inkişaf etmiş ölkələrindən biri olan Azərbaycanda autizm sindromlu uşaqlara münasibətdə ən rəzil durumda olan da elə Azərbaycandır!

Həm Milli Məclis, həm TƏBİB, həm Səhiyyə Nazirliyi, həm Sosial Təminat Nazirliyi, həm də ayrı-ayrı fondlar, təşkilatlar, QNT-lər autizm sindromunun reabilitasiyasıyla bağlı dövlət büdcəsini talamaqda, donor təşkilatları aldatmaqda və Allahın ümidinə qalmış kütlənin dərdi üzərindən milyardlar qazanmaqdadılar...

Digər Qərb dövlətlərindən fərqli olaraq Azərbaycanda autizm sindromlu uşaqların reabilitasiyalarıyla bağlı dövlət proqramı yoxdur. Onların vətəndaş olaraq konstitusion hüquqlarının təminatçısı kimi çıxış edəsi olan dövlət öz harın məmurlarının simasında yaxasını tam şəkildə kənarda çəkmişdir!..

BAXIN: qeyri rəsmi məlumatlara istinad etsək, bu gün Azərbayanda autizm sindromlu uşaqların sayı dəhşət doğuracaq bir səviyyədədir. Amma nə TƏBİB, nə Səhiyyə Nazirliyi, nə Statistika Komitəsi bütün bunlarla bağlı əsaslı addım atmır, işlərini ancaq Müzəffər olan Kişiyə mədhiyyə oxumaqla bitmiş hesab edirlər..

Bu strukturlara və bu kəslərə qandırmaq olmur ki, ay vecsiz qozalar, Azərbaycanın problemləri fonunda "nida"nı qoyan qoyub və beləcə "xalqın xidmətçisi" olma formulasını da əyani şəkildə sübut edib ki, "Qarabağ Azərbaycandır!". Siz qozalar da öz vecsiz əməlinizlə sübut edirsiniz ki, bura da Azərbaycandır, həə, öyləmi?..

Diqqət edəndə faktların işığında nələrin şahidi oluruq.

Bu gün Azərbaycanda dövlət büdcəsindən maliyyələşən və dövlətin nəzarəti altında olan bircə dənə də olsun autizm sindromlu uşaqların reabilitasiya, yaşam mərkəzi yoxdur! Hər şey özəl sektorun əlində və özəl sektor da hansısa harın məmurun himayəsində...

Bu gün Azərbaycanda autizm sindromlu uşaqlar bütün növ konstitusion hüquqlarından məhrumdurlar (kimsə buna etiraz edirsə, əyani olaraq gəlib sübut etsin, görüm nəyisə edə biləcəkmi?).

Bu gün Azərbaycanda autizm sindromlu uşaqlara min bir zillətdən sonra ayrılan müavinət (200-300 manat) faktiki olaraq onlara tüpürməkdən başqa bir şey deyil..

Bu gün Azərbaycanda insana sayğısızlığın nümunəsi olaraq Milli Məclis tərəfindən autizm və daun sindromlu işaqlarla bağlı mövcud qanunvericilikdə gərəkən bazanın olmaması, hökümətin təhsil, səhiyyə və sosial təminat sferasında bu vətəndaşların taleyinə biganəlik sərgiləməsi reallığın özüdür...

Statistika Komitəsi Azərbaycanda hətta eşşəklərin sayını belə açıqladığı bir halda, autizm və daun sindromlu uşaqlarla bağlı rəsmi məlumat verməməklə əslində özünün hansı sahə üzrə yetənəkli olmasını apaydın olaraq ortaya qoyur...

Fəliyyətilə formal səciyyə daşıyan "AUTİZM MƏRKƏZİ"nin ümumiyyətlə nə işlə məşğul olması, orada kimlərin yerləşdirilməsilə bağlı şəxsən məndə informasiya yoxdur. Ancaq onu bilirəm ki, ara-sıra sərgilənən süjetlərə istinad etsək, həmin mərkəzdəki "autizm sindromlu uşaqların bacarığı"nı heç normal uşaqların çoxu edə bilmir. Bu da da yəqin ki, autizmin Azərbaycan sindromudur.

Əzizlərim, 15-20 yaş arası autizm sindromlu uşaqların tam əksəriyyəti heç özlərini idarə edə bilmirlər, hamam tualetini atası, anası yapır, amma Sizlərin mərkəzinizdəki uşaqlar...

ƏN AZINDAN AYIBDIR!!!

SABAH ATASI, ANASI HAQQA QOVUŞANDA, NƏ OLACAQ BU UŞAQLARIN AXIRI, DÖVLƏT BABA?

HEÇ FİKİRLƏŞDİNİZMİ?

Bir autizm sindromlu uşağın aylıq reabilitasitasını Sizlər məndən də yüz dəfə artığına bilirsiniz. Çünki o pullar məhz Sizlərin cibinizə axır. Reabilitasiya dövründə bir saatın ( 30 dəqiqə) qiymətinin minimim 20 manatdan başlayaraq 300 manata qədər yüksəlməsi valideyni heç şübhəsiz ki, ciyərpasının problemləri fonunda boynubükük qoyur. Özünüz hesablayın. Gündə ən azından 3 saat olmaqla həftədə 3 dəfə. Bunu vurun aya. Və bu ayda bütün gediş-gəlişin məcburiyyətdən taksiylə olmasını, ənənəvi yeməklərdən uzaq özəl qidalanmanı da nəzərdən qaçırmayın. İstirahəti, gəzməyi, məcburiyyət ucbatından sistematik, ardıcıl, sürəkli olaraq ora-bura getmək xərcləri, pal-paltarı və daha nələr...nələr....

Bütün bunlara görə "İNKİŞAF ETMİŞ AZƏRBAYCAN" hökuməti autizmli uşağa 150-200 manat, ömrünü, gününü o uşağa sərf edən "qulluqçu" anaya, yaxud ataya da 80 manat pul verir....

ƏN AZINDAN ÖZÜNÜZDƏN UTANMAYACAQ DƏRƏCƏDƏ BÖYÜK OLUN!

Anlamırsınız və anlamaq da istəmirsiniz ki, BİR AUTİZM SİNDROMLU UŞAĞIN AYLIQ REABİLİTASİYA XƏRCİ ORTA HESABLA MİNİMUM 2500 MANATDAN DA YUXARIDIR. Üstəgəl həmin ailənin öz dolanışığı. Verirsinizmi bu əmək haqqını Azərbaycan vətəndaşına?

SİZ İSƏ BUNU anlamayın!
Görməyin!
Eşitməyin!

ANCAQ BUNU DA UNUTMAYIN: İLAHİ ƏDALƏT TOPLUMUN BOĞAZINDAN KƏSİB YIĞDIQLARINIZI GÜNÜN BİRİNDƏ FİTİL-FİTİL BURNUNUZDAN GƏTİRƏCƏK. SİZİN DƏ ÖVLADLARINIZ (bunu sizlərə arzulamasam da, istəməsəm də belə), NƏVƏLƏRİNİZ, NƏTİCƏLƏRİNİZ BU GÜN BOYNUBÜKÜK QOYDUĞUNUZ ATASINA, ANASINA MƏLUL-MƏLUL BAXAN AUTİZM SİNDROMLU UŞAQLARDAN DA PİS GÜNƏ DÜŞƏCƏKLƏR. NƏİNKİ KASIB PAYINI, HƏTTA ALLAHINI BELƏ YEYƏCƏK MƏMLƏKƏT ƏHLİ OLAN SİZ DÖVLƏTI ALİLƏR, UNUTMAYIN: MƏZLUMUN AHI YERDƏ QALMAZ! ÖZÜNÜZÜ "AHLAR"LA YÜKLƏMƏKDƏN BIKMADINIZMI?

Hər gün yazılır, hər gün danışılır bu mövzudan. Biriniz pulunuzu ofşor şirkətlərə daşıyır, başqa biriniz də həcc adıyla Səud övladlarının başına təvaf edib onlara milyardlar qazandırırsınız.

Azərbaycan kiçik bir dövlətdir. Burnunuzdan gəlsin, yediyiniz, dağıtdığınız o pulların yüzdə bir hissəsini bu məmləkətin xəstələrinə, imkansızlarına xərcləsəniz hacı da sayılarsınız, hələ bir "müqəddəs bacı" da...

Autizm sindromlulara, xəstələrə, imkansızlara ayrılası pullar onların haqqıdır...

Autizmlə bağlı Azərbaycan gerçəkliyinin bir hissəsidir bu. Ki, 2 aprel - maarifləndirmə günündə bir daha səlahiyyət sahiblərinin diqqətinə çatdırırıq. İnanırıq ku, bütün bunlarla bağlı Qanunvericiliyimizdə gərəkən düzəlişlər ediləcək və bu autizmin bütün sosial fəsadları, mütəxəssis rəyləri, valideyin istək və arzuları, vətəndaşın konstitusion hüquqları nəzərə alınmaqla yönlər müəyyənləşdiriləcək. Bu kontekstdə Təhsil, Səhiyyə, Sosial Təminat Nazirlikləri tərəfindən autizm sindromlu uşaqların aidiyyatı sahələr üzrə təminatlarını özündə ehtiva edən standartlar müəyyənləşməlidir. Dövlət bütün reabilitasiya mərkəzlərini tam şəkildə nəzarətə götürməlidir. Mərkəzlər birbaşa Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Bu mərkəzlər ən yuxarı səviyyədə bütün növ təminatla təchiz edilməlidir. Həmin mərkəzlərdə çalışan peşəkar mütəxəssislər, pedaqoji heyət ən azından normal məktəblərdə müəllimlərə verilən əmək haqqının iki mislini almalıdır. Autizm sindromlu uşaqların məşğulluq probleminin yönləndirilməsiylə yanaşı onların, eləcə də bu uşaqlara qulluq edən kəslərin günün tələbləri çərçivəsində yaşamını təmin edəcək müavinətlə təmin edilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması prioritet olaraq hökumətin əsas vəzifələrindən biri olaraq qanuni çərçivəyə salınmalıdır. Autizm sindromlu uşaqların reabilitasiyasına birbaşa nəzarət və rəhbərlik edən dövlət səviyyəli komitə yaradılmalıdır...

Nədən bunları Azərbaycanın qazına, neftinə möhtac olan ölkələr edə bilir, ancaq məhz Uca Allahın lütfüylə həmin möhtaclıq sindromundan qurtularaq mükafatlandırılan Azərbaycan edə bilmir!?
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar