Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı

İqtisadiyyat 30-mar, 21:309 xebertv 91 0
Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı



















“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.

Bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Bunlara misal olaraq ictimai-iaşə, xidmət sektoru, turizmlə bağlı sahə, ümumilikdə 11 istiqamət müəyyənləşdirmişik. Təsir 100% qiymətləndirilib. Həmin müəssisələrdə muzdlu olaraq fəaliyyət göstərən hər bir işçini əhatə edəcək.

Daha 9 fəaliyyət istiqamətində əhəmiyyətli mənfi təsir olan sahələri müəyyənləşdirmişik. Burada biz 70% əmsalını tətbiq edirik. Başqa sözlə burada təsir daha aşağıdır. Proqramın çərçivəsi ondan ibarətdir ki, burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir".

Nazir daha sonra əlavə edib ki, minimal təsirə məruz qalmış və ya təsirsiz ötüşmüş sektorlara baxdıqda yuxarı əmək haqqı alan işçilər məhz bu sektorlardadır:

"Bu, rabitə, bank, sığorta sektorlarıdır. Ikinci böyük proqramımız 290 min mikro-fərdi sahibkarı əhatə edir. Burada biz 10 işçidən az olan və ya özü fəqdi sahibkar kimi fəaliyyət göstərən müəssisələri nəzərdə tutmuşuq. Məntiq də ondan ibarətdir ki, həmin sahibkarların maliyyə yastığı azdır. İqtisadi sahəyə olan məhdudiyyətlər ilk növbədə zərbəni onlara endirir. Baza kimi həmin sahibkarların 2019-cu ildəki vergi ödənişlərini istifadə edəcəyik. Birdəfəlik yardımın edilməsində həmin bazaya əsaslanacağıq".

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar