Dünya Səhiyyə Təşkilatı: Bu iki ölkədə koronavirus yoxdur

Aktual / Dünya 01-apr, 16:239 xebertv 127 0
Dünya Səhiyyə Təşkilatı: Bu iki ölkədə koronavirus yoxdur

Dünya Səhiyyə Təşkilatının (DST) Tacikistandakı nümayəndəsi Qalina Perfilyova bu ölkədə COVID-19 virusunun olmadığını təsdiqləyib və əhalini gigiyenaya əməl etməyə, insanların kütləvi toplandığı yerlərdən uzaq durmağa çağırıb.

tv713.az AZƏRTAC-a istinadla xəbər verir ki, DST nümayəndəsinin sözlərinə görə, hazırda bütün dünya yeni koronavirusla mübarizə aparır, yoluxma halları demək olar ki, bütün ölkələrdə müşahidə edilir. Tacikistan və Türkmənistan regiondakı 55 ölkə arasında COVID-19 qeydə alınmayan yeganə dövlətlərdir.

Perfilyova indiyə qədər respublikada 700-dən çox koronavirus testi həyata keçirildiyini və bütün nəticələrin mənfi olduğunu deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi DST-nin bu testlərə etibar etməsindən rəsmən əmin olması məqsədilə test materiallarını Moskva və Londona göndərib və təkrar analizlər də mənfi nəticələnib.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr