Karantin rejimini pozan “jurnalist” həbs olundu

Aktual / Sosial 16-apr, 14:459 xebertv 154 0
Karantin rejimini pozan “jurnalist” həbs olundu


Ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib.

tv713.az DİN-ə istinadən xəbər verir ki, ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən “8103” SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub.

Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib. Onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib.

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar