Erməni keşişlər Xudavəngi tərk etməlidir!
Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir.
Tv 713.az xəbər verir ki, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səbəb onların monastra aidiyyatlarının olmamasıdır: "Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyatı yoxdur".