Cinayət Məcəlləsində 335-ci maddənin adı dəyişdirilir və yeni redaksiyada verilir

Siyasət 16-apr, 14:059 xebertv 131 0
Cinayət Məcəlləsində 335-ci maddənin adı dəyişdirilir və yeni redaksiyada verilir

Cinayət Məcəlləsində 335-ci maddənin adı (Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma) dəyişir və yeni redaksiyada təklif olunur.

Bu, Milli Məclisin aprelin 17-də keçiriləcək plenar iclasının gündəliyinə salınmış Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Cinayət Məcəlləsinə qeyd olunan maddəsinə əsasən, hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması, habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsinə görə, bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılırdı. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə hərbi qulluqçu üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.

Yeni redaksiyada 335-ci maddənin adı “Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma” kimi qeyd olunub.

Yeni redaksiyada təklif edilən bu maddəyə əsasən, hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından müvəqqəti boyun qaçırması bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılacaq. Eyni əməllər hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırmaq məqsədilə törədildikdə iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılacaq.

Yuxarıda qeyd edilən əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni zamanda qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə, iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Təklif edilən yeni dəyişiklikliyə əsasən, Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda, iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə, iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı. Təklif edilən dəyişikliyə əsasən, sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma dövlətin təhlükəsizlik mənafelərinə real təhlükə yaratdıqda, iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vurduqda bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılırdı.

Təklif edilən dəyişikliyə əsasən, ictimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və qanuni mənafelərinə mühüm zərər vurduqda bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılacaq.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr