Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd ediblər

Cəmiyyət 19-apr, 12:269 xebertv 124 0
Azərbaycanın pravoslav xristianları Pasxanı qeyd ediblər


Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 18-dən 19-na keçən gecə qeyd edilib.

tv713.az
Trend-ə istinadən bildirir ki, ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, "İsa Dirildi!" kəlməsi ilə bir-birini salamlayırlar.

Bu il koronavirus pandemiyası ilə əlaqədar ölkədə karantin rejiminin gücləndirilməsi səbəbindən pravoslav məbədlərində Pasxa ibadəti dindarların iştirakı olmadan yerinə yetirilib. Mərasimdə yalnız ruhanilər iştirak ediblər.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr