MİA-NIN VƏ MƏTBU QULBEÇƏLƏRİN "ƏNƏNƏ BOĞÇASI"
İGİD TEYMURLU
FORMAL YALANLARLA ÇAPILAN BƏ ƏHDİ KƏSİLƏN MƏTBU ATIMIZ
Zərdabi adından danışmağınız haram olsun sizlərə.
ZƏRDABİDƏN QALMA HANSI MƏTBU ƏNƏNƏYƏ SADİQ QALMISINIZ Kİ?
Bugünkü mətbuat 5-10 nəfərin inhisarındadlr. Həmin 5-10 nəfər də mövcud hakimiyyətin və mövcud müxalifətin qulbeçəsindən başqa bir şey deyil. Mövcud hakimiyyət və mövcud müxalifət qatığı hansı rəngdə görürsə onların qulbeçələri rolunda çıxış edən "mətbu at" yəhərsiz, yüyənsiz o səmtə çapılır. Azərbaycanın problemləri haqqında gerçəkləri dilə gətirmək heç kimin .... deyəlim ki, vecinə də deyil və bu, artıq bir ənənəyə çevrilib. İdarəedici fərdlər dəyişsə də, yalan mexanizmi öz ahəngiylə çax-çaxındadır...
Bu gün Azərbaycanda yaradıcı, maarifləndirici mətbuat yoxdur. Bu gün Azərbaycanda kabinet jurnalistikasının cılız və bəsit bir forması mövcuddur. Bu "jurnalistika" ilə hər bir evin ən cüvəllağı uşağı belə "peşəkarcasına" məşğul olub sayt işlədə bilər. KİMLİYİMİZ, tariximiz, problemlərimizə bağlı intensiv yazılara zırpı baş redaktorların rəhbərlik etdikləri hansı saytda rast gəlmisiniz? Hansı alimin dpvlətçiliyimiz, kimliyimiz, tariximizlə bağlı araşdırmaları sistematik olaraq cəmiyyətə çatdırılıb? Korporativ maraqlar məmləkətin problemlərini arxa plana keçirib, biznes maraqları hər şeyi üstələyib. Şəhər tezdən durub bircə saytı oxumaq kifayətdir ki, yerdə qalan yüzlərlə saytda nə yayıldığından xəbərdar olasan. Və bunu ən azından mən bilirəmsə, demək ki, ədası yerə göyə sığmayan o "əməkdar jurnalistlər", o "tanınmış jurnalistlər" məndən də on qat artığına bilirlər. Hələ MİA rəsmilərini demirəm.
Bütün bunlar görünə-görünə mətbuat adına ayrılan paralar da göyə sovrulmadadır. Dövlətin pulunu göyə sovurmaq bunca kolaymı, cənablar?
Siz hansı medianı inkişaf etdirmisiniz və etdirmədəsiniz ki? Bu inkişaf deyil, cənablar.
Bu, sadəcə olaraq dövlətin medianın inkişafı üçün ayırdığı paraları zaman-zaman formalaşdırdığınız mətbu bütlər arasında sanki əxilik prinsipilə bölüşdürülməsidir. Bütləşdirdiyiniz jurnalistin rəhbərlik etdiyi saytla bu və ya digər vasitələrdən istifadə etməklə bütə tapınmağı tələb etdiyiniz saytın baş redaktoru eyni "prinsip"lə "fəaliyyət" göstərirsə, nədən birinə para ayrılır, başqa birinə yox?
Bəyəm əməllərinizlə xaraba qoymaq istədiyiniz bu məmləkətdə 5-10 nəfərdən başqa jurnalist, media orqanı yoxdurmu? Harada aş, orada MİA-nın saqqalramizləri baş! Apardığınız təbliğatın nəticəsi də bu!
Hanı Media İnkişaf Agentliyinin zırpı zırpı mətbu orqanları? Bunlar kimə və nəyə xidmət edirlər? Hanı "ənənələrə söykənilərək edilən xidmət"in görüntüsü, nəticəsi? Yetmədimi formal yalanlara dövlətin aldadılması?
MİA bunca illər ərzində "ayrıntılar" adı altında darmadağın etdiyi pulların hesabatını verməlidir. O pullar bu gün informasiyadan xəbərsiz qoyduğunuz cəmiyyətin balasının boğazından kəsilən xərclər hesabına formalaşan büdcədən gəlir.
Bax budur medianı alətə çevirməyin görüntüsü, a zırpıdan da zırpı baş redaktorlar, "tanınmış jurnalistlər"...
Bu gün Azərbaycanın əsas probleminə münasibətdə cəmiyyətin üzvləri laqeyd yanaşırsa, bundan xəbərsizdirsə, onda ar olsun MİA-ya da, ar olsun "Versus.az" və "Tv 713. az" saytı başda olmaqla bütün mətbu orqanlara !!!
HƏM MƏTBU BÜTLƏR SINDIRILMALI, HƏM DƏ BÜTƏ SİTAYİŞƏ SON QOYULMALI!
GÜNEY Azərbaycan mövzusunda cəmiyyətin hansısa kəsiminin laqeyd münasibətdə olmasının ən böyük günahkarı mətbuatımız, ikinci də siyasi institutlarımız və vətəndaş cəmiyyətləridir.
Bir zamanlar "siyasi dustaq" alverinə YAŞIL işıq yandıran bütləşdirdiyiniz baş redaktorların yaxşı yadında olar. "Siyasi dustaqlar"ın şəkillərini sıralama ilə guya ki, cəmiyyətə təqdim edər, nə bilim nəyəsə etiraz əlaməti olaraq hansısa başqa mətbu vasitəyə əl atılardı. İndi də bunu lap elə Güney Azərbaycan məsələsilə bağlı müəyyən bir formatda etsəniz başınıza daş düşməz ki!?..
YETMƏDİMİ MƏTBU ATI YALLAMA ÇAPMAĞINIZ!
Axı rəhmətlik ZƏRDABİDƏN QALMA belə bir ənənə yoxdur. Bu, MİA-nın və qulbeçə rolunda çıxış edən sizlərin formalaşdırdığınız "ənənə boğçası"dır...