Hesablama Palatası: Ötən il 75 milyon manatlıq səmərəsiz xərc aşkarlanıb
“Nəzarət tədbirlərinin nəticələrinə əsaslanaraq mərkəzi icra hakimiyyəti orqanlarına edilmiş müraciətlər barədə də hesabata müraciətlər daxil edilib”.
APA-nın məlumatına görə, bu, bu gün Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclaslında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov tərəfindən təqdim edilən “Azərbaycan Respublikası Hesablama Palatasının 2019-cu ildə fəaliyyəti barədə hesabatı”nda yer alıb.
V. Gülməmmədov bildirib ki, hesabat ilində kənar dövlət maliyyə nəzarət tədbirlərinin nəticəsi olaraq büdcə qanunvericiliyinin təkmilləşməsi istiqamətində də təkliflər hazırlanıb, müvafiq icra hakimiyyəti orqanlarına göndərilib: “Hər bir təklif əsas məqsədi göstərməklə hesabata daxil edilib. Büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir.
Hesabat ilində səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırmışıq. Bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirmişik. İl ərzində ayrılan vəsaitin vaxtında istifadə edilməməsi, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalması, daha az xərclə alına biləcək alış və xidmətlərin həyata keçirilməməsi, dövlət vəsaitlərinin istifadəsi zamanı dövlət alışları zamanı dövlət vəsaiti hesabına bağlanmış müqavilələrin münasib şərtlərinin seçilməməsi, dövlət proqramlarında müəyyən edilmiş hədəflərə nail olunmaması və qismən nail olunması və s. aiddir”.
tv713.az