190 manat üçün müraciət edən subaylara evli olduğu barədə SMS niyə gəlir? (RƏSMİ)
Bir neçə gündür ki, sosial şəbəkələrdə esosial.az saytından 190 manat almaq üçün qeydiyyatdan keçənlərə gözləmədikləri smslər gəlməsi ilə bağlı iddialar səslənir. Belə ki, qeydiyyatdan keçən oğlan və qızlara həyat yoldaşının adında maşın və ev olduğu üçün 190 manatın düşməməyi ilə bağlı sms gəlib.
Bununla bağlı Sonxeber.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib ki, bu barədə onlarda heç bir məlumat yoxdur: "Bəzi hallarda vətəndaşlar onlayn qeydiyytadan keçən zaman yalnışlıqlara yol verdikləri üçün bu cür hallar baş verir. Belə ki, onlar yoldaşının FİN nömrə bölməsinə də başqa bir adamın FİN nömrəsini yazdıqlarına görə belə hallar ola bilər. Düşünürəm ki, bu vətəndaşın özünün səhvinə görədir. Əgər fərdi qaydada belə bir problem varsa, vətəndaşlar bizə müraciət etsinlər. Biz operativ şəkildə həmin müraciətləri araşdırmağa hazırıq".
tv713.az