Deputat: "İcra başçısı 450 minlik maşını hansı pulla alıb?"

Aktual / Manset 06-may, 20:009 xebertv 185 0
Deputat: "İcra başçısı 450 minlik maşını hansı pulla alıb?"


"O, bu maşını hansı pulla alıb? Hamısı rüşvət və korrupsiya pullarıdır”.


tv713.az məlumat verir ki, bunu qaynarinfo.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun oğluna aldığı 275 min dollar (450 manat) dəyərində olan avtomobildən danışarkən deyib.

Onun sözlərinə görə, icra başçılarının 90%-i bu işlə məşğuldurlar:

"O pulu hardan ala bilər? 1000 manata yaxın maaş alır. Yalnız rüşvət və korrupsiya. Bir o deyil ki, icra başçılarının 90% bu işlə məşğuldur. Bir məsələnin tərəfdarıyam. İcra baçşılarının əmək haqlarına baxılsın. Necə ki, dövlət başçısı hakimlərin maaşını artırdı. Elə də icra başçılarının maaşını artırmaq lazımdır. Və demək lazımdır ki, sənə verilən budur, əlini sakit qoy, başqa neqativ hallar olmasın”.


Qeyd edək ki, unikal.org saytının yazdığına görə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov oğluna 275 min dollar (450 manat) dəyərində olan avtomobil alıb.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr