Baş nazirdən işsizlərlə bağlı yeni - QƏRAR

Cəmiyyət 27-iyl, 18:059 xebertv 365 0
Baş nazirdən işsizlərlə bağlı yeni - QƏRAR


Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizə şəraitində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin özünüməşğulluğunun təşkilini təmin etmək məqsədilə qərar qəbul edilib.

Yeni qərarı başş nazzir Əli Əsədov imzalayıb. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin üçüncü abzasına əsasən Nazirlər Kabineti qərara alır:
1. Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında (bundan sonra - yerli qurumlar) işsiz və işaxtaran
(qanunvericiliyə uyğun olaraq hüququ olan) kimi qeydiyyata alınmış özünüməşğulluğa cəlb edilən şəxslər 2020-ci ildə bu məqsədlə
təşkil olunan təlimlərə cəlb edilmədən, yerli qurumların köməkliyi ilə tərtib etdikləri biznes planlar əsasında seçilmiş özünüməşğulluq
istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakla təmin olunsunlar.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

2.1. xüsusi karantin rejimi bitdikdən və ya onlayn təlim proqramları istifadəyə verildikdən sonra bu Qərarın 1-ci hissəsində
nəzərdə tutulmuş şəxslərin müvafiq proqramlar üzrə təlimlərə cəlb edilməsini təmin etsin;

2.2. özünüməşğulluğun təşkili məqsədilə onlayn təlim proqramlarının hazırlanmasını sürətləndirsin;

2.3. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr