Yaponiyada fövqəladə vəziyyət rejimi qismən ləğv edilir

Dünya 14-may, 08:559 xebertv 172 0
Yaponiyada fövqəladə vəziyyət rejimi qismən ləğv edilir


Yaponiya 39 prefekturasında fövqəladə vəziyyət rejimini ləğv edəcək. tv713.az “RİA Novosti”yə istinadən bildirir ki, bunu Dövlət Ekspert Şurasının iclasında İqtisadiyyatın Bərpası İşləri üzrə nazir Yasutosi Nisimura bildirib.

İclasın əvvəlində nazir 16 aprel tarixindən etibarən ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejiminin 39 prefekturada ləğv ediləcəyini elan edib. Fövqəladə vəziyyət rejimi Hokkaydo, Tokio, Saytama, Tibe, Kanaqava, eləcə də Kioto, Osaka və Höqoda qüvvədə qalacaq.

Məsələ Ekspert şurasında müzakirə olunduqdan sonra Yaponiyanın Baş Naziri Sindzo Abe parlamentə fövqəladə vəziyyət rejiminin ləğvi ilə bağlı müraciət edəcək. Axşama onun mətbuat konfransı planlaşdırılır və sonra rəsmi olaraq, Hökumət Qərargahı tərəfindən qərar qəbul ediləcək.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr