Kamran Əliyevin yeni müavinləri təqdim edildi - Foto

Aktual 22-may, 12:209 xebertv 219 0
Kamran Əliyevin yeni müavinləri təqdim edildi - Foto


Baş Prokurorluqda Mərkəzi Aparatın rəhbər heyətinin iştirakı ilə yeni təyin olunmuş Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavini Elmar Camalov, Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov kollektivə təqdim edilmişdir.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə prokurorluq orqanlarına göstərdiyi gündəlik diqqət və qayğıya görə təşəkkürünü bildirərək prokurorluq orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Rüstəm Usubov və Namiq Əsgərova “Əməkdar hüquqşünas” fəxri adının verilməsinin dövlət başçısı tərəfindən Azərbaycan Prokurorluğuna verilən yüksək qiymətin göstəricisi olduğunu xüsusi vurğulamaqla yeni təyin olunmuş şəxslərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Tədbirdə iştirak edən Rüstəm Usubov və Namiq Əsgərov fəaliyyətlərinə verilən yüksək qiymətə görə dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür etmiş, xidmət illəri ərzində xalqa və dövlətə sədaqət prinsiplərini rəhbər tutduqlarını, vətənpərvərlik və peşəkarlıq irsinin daim uca tutulduğu prokurorluq orqanlarında xidmət etməkdən şərəf duymalarını ifadə etmişlər.

Göstərilən yüksək etimada görə Elçin Məmmədov, Elmar Camalov, və Nazim Rəcəbov dövlət başçısına və Baş Prokurorluğun rəhbərliyinə təşəkkür edərək fəaliyyətlərində şəffaflıq və dürüstlük prinsiplərinin daim uca tutacaqlarını diqqətə çatdırmışlar.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr