TƏBİB-dən Teymur Mustafayevin ailə üzvlərinin iddiasına CAVAB

Şou / Manset 12-iyn, 16:569 xebertv 225 0
TƏBİB-dən Teymur Mustafayevin ailə üzvlərinin iddiasına CAVAB

Ötən gün dünyasını dəyişən Xalq artisti Teymur Mustafayevin ölüm səbəbinin koronavirus olub-olmaması ilə bağlı fərqli fikirlər səslənir. TƏBİB xanəndənin koronavirusdan öldüyünü bildirsə də, ailə üzvləri və sənət dostu Yusif Mustafayev onun şəkərli diabetdən həyatını itirdiyini deyib.

Yusif Mustafayev mətbuata verdiyi açıqlamada koronavirusdan öldüyü iddia olunan xanəndənin ailə üzvlərindən heç kimin COVID-19 testi olmadığını da diqqətə çatdırıb:

“Şəkərli diabetdən əziyyət çəkirdi. Neçə gün idi ki, xəstəxanada yatırdı. Dünən vəfat etdi. Ailəsi nə nəzarətə götürülüb, nə də onlardan koronavirus testi götürülüb. Koronavirus əlamətləri olan da yoxdur. Belə bir açıqlama niyə verilib, bilmirik. Yəqin, belə məsləhət olub”.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, Teymur Mustafayevin digər xəstəliklərdən də əziyyət çəkdiyi TƏBİB tərəfindən qeyd olunub. Ailə üzvlərinin test olunub-olunmaması ilə bağlı isə ətraflı araşdırma aparılacaq:

“Mən dünən sözügedən məlumatı paylaşanda onun əziyyət çəkdiyi digər xəstəliklərin adlarını sadalamışam. Buraya, ürək çatışmazlığı, ağciyər çatışmazlığı, şəkərli diabet və s. aiddir. Lakin reallıq odur ki, bu adamın COVID-19 testinin nəticəsi müsbət çıxıb. Biz əvvəlcə də qeyd etmişik ki, koronavirus daha çox yaşlı və xəstəliyi olan insanlara ölümcül təsir edir. Sənətkar koronavirusdan “Yeni Klinika”da müalicə alıbdır, ayın tarixi-nə vaxt daxil olduğu və nə vaxt öldüyü qeyd olunub. Xəstəxanada onunla bağlı məlumatların hamısı var. Onun ailəsinin bundan sonra hansı açıqlamalar verməsi ilə bağlı mən şərh verməyəcəm. Çünki TƏBİB tərəfindən lazımi məlumatlar yayılıb. Hansısa şəxsdə koronavirus olursa, onun yaxın təmasda olduğu şəxslərdən də test götürülür. Həmin şəxslərin karantinə alınıb-alınmamasını, ailə üzvlərindən testin götürülüb-götürülmədiyini indi araşdırıb müəyyənləşdirəcəm. Bizdə prosedur belədir ki, kimisə şəxsi statusuna görə seçmirik, ona görə bunu bilməyə bilərəm”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr