Azərbaycan jurnalistlərinə çağırış: "Həssas davranılmalı, tələskənliyə yol verilməməlidir"
“Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində vəziyyət gərginləşib. Şəhidlərimiz var. Allah rəhmət eləsin, doğmalarına, yaxınlarına başsağlığı diləyirik. Biz informasiya axınını da görürük. Döyüşlərin intensivləşdiyi yerlərdən "canlı bağlantılar" edənlər, şişirtmələrə yol verənlər var. Cəbhədə atəşkəsin pozulduğunun müşahidə edildiyi əvvəlki illərdə də belə hallar yaşanıb. Unutmayaq ki, bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir. Rəsmi məlumatlara istinad, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaq şərtdir”.
Bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
“Onu da unutmayaq ki, hətta Ordumuzun uğur qazandığını iddia edən bəzi paylaşımlar da təxribat məqsədi daşıya bilər.
Buna görə həssas davranılmalı, tələskənliyə yol verilməməlidir.
Xüsusən erməni mənbələri ilə işləyərkən diqqətli olmaq lazımdır. Tanrı Azərbaycan əsgərini, Vətənimizi qorusun!” – Ə.Amaşov qeyd edib.
tv713.az