Azərbaycana bu il 23 mindən çox avtomobil idxal olunub

İqtisadiyyat 16-iyl, 11:209 xebertv 232 0
Azərbaycana bu il 23 mindən çox avtomobil idxal olunub


Bu ilin yanvar-iyun aylarında Azərbaycana 23 413 ədəd avtomobil idxal olunub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 24,9% çoxdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkəyə 21 917 ədəd əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal olunub. Bu göstərici ötən ilin göstəricisindən 29,2% çoxdur.

Bundan başqa, bu ilin ilk altı ayında ölkəyə 1 345 ədəd (ötən ilin analoji dövrü ilə müqayisədə (15,6% az) yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələri, 71 ədəd (azalma 24,7%) sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri və 75 ədəd (6 ədəd az) xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.

Komitənin məlumatına görə, bu ilin yanvar-iyun aylarında ölkəyə 2 052 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, həmçinin 82 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal olunub.

Ümumi olaraq, yanvar-iyun aylarında avtomobil idxalının dəyəri 289 912,4 min ABŞ dolları təşkil edib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr