Ukraynanın Azərbaycana dəstəyi erməniləri özündən çıxartdı - Səfirliyə hücum

Siyasət / Dünya 16-iyl, 12:059 xebertv 296 0
Ukraynanın Azərbaycana dəstəyi erməniləri özündən çıxartdı - Səfirliyə hücum


Ukraynanın Ermənistandakı səfirinə təzyiqlərdən sonra bu ölkənin səfirlik binası da ermənilərin hücumlarına məruz qalır.

tv713.az-nun "BakuPost"a istinadla verdiyi məlumata görə, İrəvanda Azərbaycanla sərhəddə baş verən döyüşlərlə bağlı mövqeyini açıqlayan Ukraynaya qarşı təzyiqlər davam edir. İrəvandakı səfirliyin qarşısına toplaşan "Daşnaqsütun" partiyasının gənclər qanadının zvləri olublar. Onlar binaya borş və başqa əşyalar atıblar.

Xatırladaq ki, bir neçə gün öncə də Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən narahatlığını ifadə edən bəyanatından qorxuya düşən ermənilər də bu ölkənin İrəvandakı səfirini sıxışdırmağa başlayıblar.
"BakuPost"un məlumatına görə, XİN-ə çağırılan səfir İvan Kulebanı nazirin müavini Şavarş Koçaryan qəbul edib. Görüş zamanı nazirin müavini səfirə sərhəddəki vəziyyət baradə danışıb.

Xatırladaq ki, Ukrayna XİN bəyanatında münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırıb.
Bəyanatda həmçinin Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarı olduğu qeyd olunur.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr