Lənkəran-Astara Regional Təhsil İdarəsinin "gördüyü iş"
YARDIMLI RAYONUNDA TƏHSİLİN TƏMİNATI, TƏCHİZATI VƏ SƏVİYYƏSİ
Lənkəran-Astara Regional Təhsil İdarəsi yarandığı gündən indiyədək təhsilimizin idarəetməsində və inkişafında görən hansı əsaslı addımlar atıb?
Bu məsələyə şablon metodlara söykənən kağız üzərindəki təqdimatla yanaşsaq, şübhəsiz ki, "xeyli iş görülüb" cavabı qarşımıza çıxacaq. AMMA VƏ LAKİN məsələ əlahəzrət faktlara qalsa, bax onda burada yalanlarla dağ aşmaq olmur, əfəndilər.
Yetər ki, misal üçün Yardımlı rayonunun təhsil sisteminə, təminatına, təchizatına, səviyyəsinə nəzər yetirmək kifayətdir. Hanı Yardımlı rayonunun təhsilinin təminatı, təchizatı və səviyyəsi, cənab Elxan Nəcəfov?
Dövlət başçısı sizlərə inanıb, sizlərə konkret səlahiyyətlər verib, sizlərin qarşınıza həlli vacib olan vəzifələr qoyub. Və sizlərə verilən səlahiyyətlərdə, sizlərin qarşınıza qoyulan vəzifələrdə həlli yubadılmış, kimlərinsə yanlışları ucbatından həlli müşkülə çevrilən suallara cavab tapılması gözləntisi olub və var, cənab Elxan Nəcəfov...
HANI BƏ? HANI BƏ əməli iş baxımından görülən işlər? Kənd məktəblərindən xəbəriniz varmı? Bütün parametrlər üzrə bircə monitorinq aparılsa biabırçılıq dizə yox eeee, başa qədərdi vallahi....
Axı cənab Prezident özü də vurğulayıb ki, mən ən doğru məlumatları sosial şəbəkələrdən alıram. Sosial şəbəkə üzərindən Yardımlı təhsilinin bərbad vəziyyətdə olmasıyla bağlı azmış informasiya gedib!? Yox siz bu informasiyaları heçə sayırsınızsa, onda bu da sizin yanaşma tərziniz və səlahiyyətinizi, fəaliyyətinizi təqdimetmə formatınızdır. Bütün bunlar aysberqin görünən tərəfləridir. Və...və görünməyən tərəflər də var....
MÜŞFİQ RƏHİMOV
Tv713.az