DİM tərəfindən sosial şəbəkə istifadəçiləri üçün “Özünü-yoxla – COVID-19” çatbotu hazırlanıb

Təhsil 21-iyl, 09:159 xebertv 316 0
DİM tərəfindən sosial şəbəkə istifadəçiləri üçün “Özünü-yoxla – COVID-19” çatbotu hazırlanıb


Dövlət İmtahan Mərkəzi tərəfindən Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə görülən tədbirlərə dəstək məqsədilə “Viber”, “Facebook Messenger”, “Telegram” sosial şəbəkə istifadəçiləri üçün çatbot (süni söhbət simulyasiyası) hazırlanıb.

Mərkəzin mətbuat xidmətindən verilən xəbərə görə, çatbotun demo – sınaq versiyası istifadəçilərin ixtiyarına verilib.

Çatbot Mərkəzin İT mütəxəssisləri tərəfindən hazırlanıb və təmannasız olaraq Səhiyyə Nazirliyinə də təqdim olunub.

İstifadəçilər proqramın daha da təkmilləşdirilməsi üçün irad və təkliflərini [email protected] elektron poçt ünvanına yollaya bilərlər.

Çatbotun (@medazbot) hazırlanmasında məqsəd əhalinin COVID-19 infeksiyası haqqında maarifləndirilməsinə dəstək olmaq, müvafiq tibbi yardım üçün müraciət etmək barədə qərar verməkdə vətəndaşlara yardım etmək, həmçinin sorğuda iştirak edən şəxslərin qeydlərinə əsasən əldə edilən məlumatların “informasiya bazası” rolunu oynamaqla gələcəkdə atıla biləcək addımların müəyyən edilməsinə kömək göstərməkdir.

Smart tipli mobil telefon istifadəçiləri qeyd olunan onlayn mesajlaşma proqramlarında çatbot vasitəsilə məlumatları sual-cavab şəklində əldə edirlər.

Çatbota keçid üçün mobil telefonunuzda müvafiq proqramların axtarış bölməsində “@medaz” yazmaqla axtarış edə və ya aşağıdakı linklərdən istifadə edə bilərsiniz.

Viber:

viber://pa/info?uri=medazbot

Telegram:

https://t.me/MedazBot

“Facebook Messenger”də isə axtarış bölməsində “@medaz” yazmaq lazımdır.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr