SEVGİNİ KİMLƏRİN TƏQVİMİ İLƏ ÖLÇÜRÜK?

Aktual / Manset / Yazarlar 13-fev, 17:059 tv713 37 0




İGİD TEYMURLU



14 FEVRAL, VALENTİN MİFOLOGİYASI VƏ KİMLİK MƏSƏLƏSİ



14 fevral tarixini “Sevgililər Günü” kimi qeyd edənlər heç düşünürmü ki, bu günün arxasında dayanan tarixi şəxsiyyət kimdir? Kimliyi belə tam dəqiqləşdirilməyən, haqqında müxtəlif və bir-birinə zidd rəvayətlər dolaşan Valentin obrazı nə dərəcədə tarixi reallığa söykənir?

Tarix boyu bizə ən böyük qənimlik çox zaman özümüzdən olmayan “bizlər”dən gəlib. Bu gün isə “Valentin” adı ilə, fərqinə varmadan Roma tarixinə ekskurs edənlərin bir qismi təəssüf ki, öz tarixi yaddaşı və kimlik şüuru ilə yetərincə hesablaşmır. Sevgi kimi ali bir anlayışı başqa bir sivilizasiyanın dini-simvolik çərçivəsi içində təqdim etmək nə dərəcədə şüurlu seçimdir?

Valentin kim idi – tarix, yoxsa rəvayət?

Mənbələrə görə, Valentin III əsrdə — təxminən 269–273-cü illərdə — Roma imperatoru II Klavdi dövründə yaşamış xristian din xadimi olub. Bəzi mənbələr onu keşiş, digərləri isə yepiskop kimi təqdim edir. Hətta tarixçilər arasında bir yox, bir neçə “Valentin” şəxsiyyətinin olması ehtimalı da irəli sürülür.

Rəvayətə əsasən, eramızın I-II əsrlərində Roma imperiyası özünün əvvəlki qüdrətini itirəndə imperator əsgərlərin xidmətdən azad edilməsini, evlənmələrini qadağan edir. Belə bir halın uzun müddət davam etməsi orduda seksual pozuntulara - homoseksualizmə də gətirib çıxarır. Valentin adlı keşiş də həmin dövrdə gizli nikahlar (bəzi rəvayətlərdə o, özü də belə halın iştirakçısı olur) kəsdiyi üçün edam edilir. Sonradan buna görə həbs olunduğu və 14 fevral tarixində edam edildiyi bildirilir.

Lakin burada mühüm məqam var:

Valentin haqqında dolaşan hekayələrin əhəmiyyətli hissəsi sonrakı əsrlərdə formalaşmışdır. Tarixi faktlarla əfsanəvi elementləri bir-birindən ayırmaq çətindir. Onun fəaliyyəti və konkret mövqeyi barədə qəti və yekdil elmi mövqe mövcud deyil.

14 fevral necə “sevgi günü”nə çevrildi?

496-cı ildə Papa I Gelasius 14 fevralı Müqəddəs Valentin günü elan etdi. Orta əsrlərdə, xüsusilə Avropada, bu tarix romantik sevgi ilə əlaqələndirilməyə başladı. Zaman keçdikcə dini məzmun arxa plana keçdi, gün isə kommersiyalaşaraq qlobal “Sevgililər Günü”nə çevrildi.

1969-cu ildə II Vatikan Şurasından sonra aparılan liturgik islahat çərçivəsində Roma Katolik Kilsəsi tarixi əsasları zəif olan bəzi müqəddəslərin adlarını Ümumi Roma Liturgik Təqvimindən çıxardı. Valentin də həmin siyahıya daxil edildi. Bu o demək idi ki, onun xatirə günü artıq bütün katolik dünyası üçün məcburi liturgik qeyd statusunu itirdi. Səbəb isə əsasən tarixi məlumatların qeyri-müəyyənliyi idi.

Bu gün isə 14 fevral daha çox dini deyil, simvolik və ticari xarakter daşıyır.
Papa Valentin məsələsi həm də adların qarışdığı məqamdır

Tarixdə Valentin adlı bir Papa da olub. Papa Valentin 827-ci ildə, təxminən iki ay (31 avqust – 10 oktyabr 827) Roma Katolik Kilsəsinə rəhbərlik edib. Lakin onun 14 fevral və “Sevgililər Günü” ilə heç bir əlaqəsi yoxdur. Bu fakt “Valentin” adı ətrafında formalaşan tarixi qatların zamanla bir-birinə qarışdığını göstərir.

Deməli, burada məsələ heç də sevgi deyil, kimlikdir və sevgiyə verilən dəyərin ölçüsüdür. Ki, sən də öz sevgini əfsanələşən və rədd edilən bir homoseksualistin adıyla anıb qiymətləndirirsən...

Sevgi bəşəri və ali hissdir. Onun konkret bir təqvimə, mədəniyyətə və ya dini simvolikaya bağlanması zəruri deyil. Problem 14 fevralı qeyd etməkdə deyil; problem mənşəyini araşdırmadan, başqa bir mədəniyyətin tarixi-simvolik konstruksiyasını düşünmədən mənimsəməkdədir.

Əgər bir cəmiyyət öz tarixini, öz mədəni yaddaşını, öz simvollarını tanımırsa, zehni düşüncəsində və kimliyini unutmuş vücudundakı boşluğu başqalarının simvolları dolduracaq.

Bəlkə də əsas sual budur: sevgi üçün bizə mütləq Roma təqvimi lazımdırmı? Öz tariximizdə sevginin, sədaqətin, ləyaqətin və fədakarlığın simvolu olacaq günlər yoxdurmu?

Məsələn, nədən Roma tarixindən də öncə olmuş fars hökmdarı Kirin başını kəsib onun susadığı qanla dolu tuluğa basan Anamız Tomirislə bağlı həqiqətləri beləcə yaşatmayaq? Yaxud, nədən öz müharibə tariximizdə düşmən əlinə düşməmək üçün özünü Kəlbəcərin, Laçının sıdırım qayalarından atan qızlarımızın xatirə günü qeyrətin, namusun, sevginin və sədaqətin rəmzi kimi qəbul olunmasın? Yaxud, Allah şəfa versin, indi ağır xəstə olan Əvəz Zeynallının "30 İyun" (hərçəndi forma, mahiyyət və məzmun baxımından bunda da qüsurlar var) nümunəsini...

Sevgi yalnız romantik jest deyil. Sevgi həm də kimliyə, torpağa və ləyaqətə bağlılıqdır. Bu mənada 14 fevralı "sevgililər günü" kimi qeyd edənlərin davranışlarına istinad eliyəsi olsaq bu sual yenə də açıq qalır: sizlər sevgini kimlərin təqvimi ilə ölçür və kimlərin düşüncəsiylə qiymətləndirirsiniz? Özünüzə baxın, Özünüzü tanıyın....
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr