Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçiriləcək

Təhsil 22-iyl, 13:009 xebertv 294 0
Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçiriləcək


Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirəcək. Tədbir 28 iyul tarixində saat 17:00-da Ali Məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanacaq. Bu il Məzun Günü tədbiri ənənəvi formatdan fərqlənsə də, proqram və kompozisiya cəhətdən zəngin tərtib olunub. Tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva çıxış edəcək.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik edəcəklər. Valideynlər adından “İlin tələbəsi” Cavid Məmmədlinin anası çıxış edəcək.

Tədbirdə BANM-in ötən ilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunacaq. Eyni zamanda, bu il təhsildə fərqlənən məzunlar da öz ürək sözlərini bölüşəcəklər.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar