BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi

Sosial 18-mar, 12:009 xebertv 121 0
BANM-nin xaricdə təhsil alan tələbələri Bakıya gətirildi
























Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasını nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə təhsil alan tələbələrinin zərurət yarandığı halda təxliyyə edilməsinə qərar verilib.

Artıq Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən təxliyyə olunaraq, Bakıya gətirilməsi təmin edilib.

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyyə olunuraq ötən gün axşam Azərbaycan hava yollarına məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb.

Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyyə olunaraq ölkəmizə gətiriliblər.

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənətbəxşdir.

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi.

Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibi olublar.
Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigyenik qaydalara riayət etmələri, təxliyyə zərurət yarandığı halda mütləq şəkildə Ali Məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.


XəbərTv.info
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr
Yazarlar