Bakının mərkəzində odlu silahla gəzintiyə çıxan şəxs saxlanılıb - FOTO

Kriminal 25-iyl, 15:079 xebertv 342 0
Bakının mərkəzində odlu silahla gəzintiyə çıxan şəxs saxlanılıb - FOTO


Səbail Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ki, İdarəyə Elşad adlı şəxsin “Sahil” bağında üzərində odlu silahla hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, Sabunçu rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elşad Əliyev saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Naqan” sistemli revolver tapança və həmin silaha aid 7 ədəd patron aşkar olunaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Elşad Əliyevin Nərimanov rayonunda yaşadığı evdən əlavə 1 ədəd əl qumbarası, onun alışqanı və 1 ədəd partlayıcı maddə aşkar olunaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, silah-sursat Elşad Əliyevə 2007-ci ildə dünyasını dəyişən atasından qalıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Elşad Əliyev barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.(apa.az)

tv713.az


Bakının mərkəzində odlu silahla gəzintiyə çıxan şəxs saxlanılıb - FOTO
Bakının mərkəzində odlu silahla gəzintiyə çıxan şəxs saxlanılıb - FOTO
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr