İsrailin 30 ildir gizli saxladığı silahları
İsrail ordusu istifadə etdiyi dronlarla bağlı məlumatları ictimaiyyətə açıqlayıb.
Tv 713.az Publika.az-a istinadla xəbər verir ki, bu məlumatlar son 30 ildə hərbi senzura ilə sirr olaraq saxlanılıb
“Yerusəlim post” qəzeti qeyd edib ki, İsrail uzun illərdir dünya ölkələrinə pilotsuz təyyarələrin satış bazarına liderlik edir:
“Eyni sistemlər İsrail ordusu tərəfindən Suriyada, Livanda, Qəzzada və digər yerlərdə hədəflərin vurulmasında istifadə edilir. Davamlı vızıltı səsləri Beyrut və Qəzza sakinlərinə tanış olsa da, bunların hansı dronlar olduğu sirr kimi saxlanılıb. Dron hücumları nəticəsində 2004-cü ildə Həmas lideri Əhməd Yasir öldürülüb. 2011-ci ildə “Vikiliks” bu haqda minlərlə sənəd dərc etsə də, rəsmi şəkildə təsdiqini tapmayıb. İsrail ordusu indi 30 illik sirri açıqlayır”.
İsrail ordusu 4 əsas zərbə-kəşfiyat dronu ilə silahlanıb: IAI “Eitan” (Herop TP), Zeke “Hermes 450”, “Koxav”-“Hermes 900” və Şoval (Herop 1).