Əlil övladı olan analara ŞAD XƏBƏR

Aktual 02-may, 15:109 admin 353 0
Əlil övladı olan analara ŞAD XƏBƏR


Əlilliyi olan şəxslərə işlədikləri müəssisədə əmək məzuniyyəti istəklərinə uyğun olaraq onlar üçün əlverişli vaxtda verilə bilər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Əmək Məcəlləsinə əsasən, əmək məzuniyyətinin verilməsində növbəlillik prinsipi həmin kateqoriyadan olan şəxslərə şamil edilmir. Bu hüquq 14 yaşınadək iki və daha çox uşağı olan və ya sağlamlıq imkanları məhdud uşağı olan qadınlara, 16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma, müharibə veteranlarına, yaşı 18-dən aşağı olan işçilərə və Məcəllədə nəzərdə tutulan digər kateqoriyalardan olanlara da şamil olunur.

Eyni zamanda, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Bu müddətdən sonra ona birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda veriliə bilər. Lakin bir sıra kateqoriyalardan olan işçilərlə yanaşı, əlilliyi olan işçilərin əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ vardır.

Əlilliyin qrupundan, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə minimum 42 gün əmək məzuniyyəti verilir.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr