Vüqar Dadaşovun “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub
Əziz kitabsevərlər, Qazi hüquqşünas VÜQAR DADAŞOVun müəllifi olduğu “BİZİM TARİX” adlı növbəti kitabı çap olunub.
TV 713 . az saytı xəbər verir ki, bu barədə Vüqar Dadaşov öz sosial hesabında məlumat verib.
Müəllifin tarixi, milli-ideoloji, elmi-fəlsəfi, siyasi mövzuda yazılmış bu kitabında Azərbaycan xalqının, türk etnosunun problemləri, problemlərdən qurtuluş yolları, həyat mübarizəsi, haqq savaşı barədə ətraflı məlumat verilib. Həmçinin digər vacib məsələlər haqqında etibarlı mənbə və məxəzlərə əsaslanan müəllif öz şəxsi mülahizələrini də bu kitabda qeyd etməklə dolğun şəkildə fikirlərini təqdim etmişdir.
Əsərdə qalib Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində nümunəvi birliyi, yüksək döyüş ruhu, qəhrəmanlığı, əzmkarlığı, dostu və düşmənləri, müharibədə gizli tərəflər və gizlinlər haqqında mötəbər mənbələrə əsaslanan məlumatlar da öz əksini tapmışdır.
Kitab yeni nəslin maariflənməsində, tədrisində və vətənpərvərlik hisslərinin aşılanmasında xüsusi əhəmiyyət kəsb etməsi baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Məlumat üçün bildirək ki, Vüqar Piri oğlu Dadaşov 18 dekabr 1972-ci ildə Yardımlı rayonu Bozərən kəndində anadan olub. Ali təhsilli hüquqşünasdır. Qarabağ müharibəsi veteranı, qazisidir. 2019-cu ildə çap olunmuş “Mənim düşüncəm” adlı tarixi, elmi-fəlsəfi, milli-ideoloji mövzuda yazdığı kitab və 200-dən çox elmi araşdırma, publisistik məqalənin müəllifidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Onu da qeyd edək ki, Vüqar Dadaşov həm də Milli Cəbhə Partiyasının Siyasi Şurasının üzvüdür.
TV 713. az saytı olaraq biz də Vüqar bəyə həm publisistik, həm də siyasi fəaliyyətində uğurlar arzulayırıq.
Tv 713. az