“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib

Şou 18-avq, 14:159 xebertv 322 0
“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib


“Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri təsdiqlənib.

Bu dəfə nümayəndə heyəti müsabiqəyə İsa Məlikovun rəhbərliyi altında qatılacaq.

İsa Məlikov daha əvvəl "Eurovision 2009" mahnı müsabiqəsində Azərbaycanı təmsil edərək 3-cü yerdə qərarlaşan Aysel və Araşın müsabiqəyə hazırlıq mərhələsində iştirak edib.

O, həmçinin 2012-ci ildə Danimarkanın “Eurovision” üçün seçim turunun və Qazaxıstanın "Eurovision 2020" uşaq mahnı müsabiqəsinin münsiflər heyətinin üzvü olub.

İ.Məlikov "Eurovision 2020"də Azərbaycan təmsilçisi Efendini müsabiqəyə hazırlaşdıran komandaya da rəhbərlik edib.

Qeyd edək ki, pandemiya səbəbi ilə təxirə salınan “Eurovision 2020” mahnı müsabiqəsində Azərbaycanı “Kleopatra” mahnısı ilə Efendi təmsil etməli idi.

Təşkilatçıların təxirə saldığı beynəlxalq mahnı müsabiqəsinin gələnilki turunda, yəni “Eurovision 2021” mahnı şousunda Azərbaycanı təmsil etmək üçün Efendi səhnəyə çıxacaq.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr