Notariat Palatası: Arxivlərdə olan vərəsəlik işləri rəqəmsallaşdırılacaq
“Notariat Palatası Dövlət Notariat arxivi ilə birlikdə vərəsəlik işlərinin rəqəmsallaşdırılması üzrə nəzərdə tutulan layihə üzrə hazırlıq işləri davam edir”.
Bunu Notariat Palatası İdarə heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notarius Hüseyn Məmmədov deyib.
O bildirib ki, artıq ilkin işlərə başlanılıb: “Nəticədə arxivdə olan vərəsəlik işlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bununla da gələcəkdə notariusların işlərinin və sorğulara cavab verilməsinin elektronlaşdırılması bu işin rahat və çevikləşdirilmısi hədəf kimi götürülür”.
tv713.az