“Kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” - Komitə sədri

Sosial 19-may, 16:039 xebertv 317 0
“Kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq” - Komitə sədri


“Bu ilin əvvəlində ölkə başçısı ünvanlı sosial yardıma daha çox insanların cəlb edilməsi üçün hökumətə tapşırıqlar vermişdi”.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.


Komitə sədri bildirib ki, dəyişikliklər vətəndaşların ünvanlı sosial yardım alması üçün şərtlərin stimullaşdırılmasına xidmət edir.

“Ünvanlı sosial yardımın yalnız qeydiyyat yeri üzrə təyin olması hissəsi bu layihə ilə ləğv edilir. Layihə qəbul edildikdən sonra faktiki yaşadığı ünvan nəzərə alınmaqla ünvanlı sosial yardım almaq üçün müraciət edə biləcəklər. Həmçinin, yeni layihə ilə ünvanlı sosial yardımla bağlı neqativ təşəbbüslərin aradan qaldırılmasına xidmət edəcək. Yeni təklifə görə daha çox ailələr artıq ünvanlı sosial yardımdan faydalana biləcək. Yeni layihədə müsbət məqamlardan biri də ünvanlı sosial yardım üçün müraciət edən vətəndaşlardan tələb olunan sənədlərin sayının minimuma endirilməsidir. Artıq müraciət edən şəxs sadəcə ailə tərkibi haqqında məlumat verməli olacaq və digər sənədlər elektron qaydada bazadan götürüləcək. Bu layihə qəbul ediləndən sonra Nazirlər Kabinetinin ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı qaydalarda da dəyişiklik edilməsi nəzərdə tutulur. Buna əsasən isə artıq götürülən kreditlər ailənin gəliri kimi nəzərə alınmayacaq”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr