Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri barəsində beş maddə ilə cinayət işi başlanıb

Siyasət / Manset 24-avq, 13:069 xebertv 479 0
Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq vəzifəli şəxsləri barəsində beş maddə ilə cinayət işi başlanıb


Gəncə şəhər İcra Hakimiyyətinin saxlanılan sabiq işçiləri bu gün məhkəmə qarşısına çıxarılacaq.

Sabiq icra başçısı Elmar Vəliyevin vaxtında şəhərin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi işləmiş Əli Rüstəmov və Məharət Mustafayev barəsində Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 178-ci (dələduzluq), 311-ci (rüşvət alma), 312-ci (rüşvət vermə), 314-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) maddələri ilə ittiham verilib.

Onlar barəsində təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.

Əli Rüstəmovla bağlı təqdimata hakim Vüqar Məmmədov, Məharət Mustafayevlə bağlı təqdimata isə hakim Fərid Əmirəliyev baxacaq.

Qeyd edək ki, hər iki şəxs ötən gün Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşların keçirdiyi əməliyyat zamanı saxlanılıblar.

Məharət Mustafayev 2011-2014-cü illərdə Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində də işləyib.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr