Belarusda etiraz aksiyaları davam edir
Belarusun paytaxtı Minskdə Müstəqillik meydanında müxalifət tərəfdarları aksiya keçirir.
“RİA Novosti” xəbər verir ki, aksiyada 300-dək insan iştirak edib. Etirazçılar “açıq mikrofon” təşkil edərək, şüarlar səsləndiriblər. Ərazidə keşik çəkən polislər artıq bir neçə nəfəri saxlayıb.
Xatırladaq ki, Belarusda ertiraz aksiyaları avqustun 9-da prezident seçkilərindən sonra başlayıb. Mərkəzi Seçki Komissiyasının 80,1% səslə Aleksandr Lukaşenkonu qalib elan etməsindən sonra müxalifət buna etiraz edib. Onlar seçkilərdə Svetlana Tixanovskayanın qalib gəldiyini iddia edirlər.
tv713.az