Popov Bakı və İrəvana niyə gəlmədi? – Zaxarova
Rusiyanın bu heyətdə necə təmsil olunmasının detallarını açıqlamağa ehtiyac görmürəm. Səbəb var idi və burda xüsusi konspirologiya axtarmaq lazım deyil.
Tv 713. az xəbər verir ki, bu sözləri Rusiya XİN nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi mətbuat konfransında ATƏT MQ-nin regiona səfərində rusiyalı həmsədr İqor Popovun niyə təmsil olunmadığı sualını cavablandırarkən deyib.
“Rusiya həm Bakıda, həm də İrəvanda təmsil olunub. Burada hansısa dərin siyasi məna axtarmayın”, - Zaxarova bildirib.
Qeyd edək ki, ATƏT MQ-nin Bakı səfəri zamanı Rusiyanı Azərbaycandakı səfir Mixail Boçarnikov, İrəvanda isə müvəqqəti işlər vəkili Aleksey Sinequbov təmsil edib.
İ.Popovun səfərə hazırlaşdığı, ancaq son anda koronavirus testinin nəticəsi pozitiv çıxdığı üçün gələ bilmədiyi bildirilsə də, bu, bəhanə kimi qəbul edilmişdi.