Beyrut limanında növbəti fəlakətə səbəb ola biləcək 79 konteyner tapıldı
Livan hərbçiləri fransız həmkarları ilə birlikdə Beyrut limanında içində kimyəvi zəhərli maddə olan 79 konteyner tapıblar.
“RİA Novosti” Livan ordusunun mətbuat xidmətindən verilən məlumata istinadla xəbər yayıb.
Bildirilib ki, 14-22 avqust tarixləri arasında sızması fəlakətə gətirib çıxara bilən, içində hidroxlorid olan 25 ədəd konteyner və digər maddələrin yerləşdirildiyi 54 konteyner aşkar edilib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanı yaxınlığında güclü partlayış nəticəsində 171 nəfər ölüb, altı mindən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb, yüzlərlə əmlaka zərər dəyib.(oxu.az)
tv713.az