“Keçmiş deputat 400 min alıb sonra da məndən şikayət etdi”
Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında vəkil Bəhruz Bayramovla bağlı şikayətə baxılıb.
B.Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 10 il deputat olmuş bir şəxslə məhkəmə çəkişmələri olub: “Adını çəkmək istəmədiyim keçmiş deputatla mənim hüquqlarını müdafiə etdiyim şəxs arasında mülki işlə bağlı məhkəmə çəkişməsi gedirdi. Üç il əvvəl tərəflər arasında barışıq sazişi imzalandı və keçmiş deputat 400 min dollar pul aldı. İndi isə məhkəməyə şikayət etmişdi ki, pulu almayıb və sazişin ləğv olunmasını istəyirdi. Mənim müvəkkilimi ləyaqətli müdafiə etməyim nəticəsində məhkəmə keçmiş deputatın əleyhinə qərar çıxartdı. O da mənim Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağım tələbi ilə Kollegiyaya şikayət edib. Orada da qeyd edib ki, mən guya, məhkəmə iclasında onu təhqir etmişəm.
Rəyasət Heyəti bununla bağlı məhkəməyə sorğu verdi və cavab belə oldu ki, mən onu təhqir etməmişəm. Çünki təhqir etsəydim, protokola qeyd olunardı və hakim mənə xəbərdarlıq edərdi. Bununla da həmin keçmiş deputatın kollegiyaya etdiyi şikayət əsassız olduğu üçün işə xitam verildi”.
tv713.az