"TikTok"un rəhbəri istefa verdi

Dünya 27-avq, 11:049 xebertv 283 0
"TikTok"un rəhbəri istefa verdi


Məşhur “TikTok” video xidmətinin icraçı direktoru Kevin Mayer Prezident Donald Trampın tətbiqi qadağan edəcəyi ilə bağlı hədələrindən sonra istefa verdiyini açıqlayıb.

tv713.az “Financial Times” qəzetinə istinadən bildirir ki, Mayerin istefasına səbəb Trampın “TikTok”la bağlı imzaladığı fərman olub. Belə ki, fərmanda “TikTok” tətbiqinin yaradıcısı “ByteDance” şirkətinin 90 gün ərzində ABŞ-dakı bütün aktivlərini satması şərt qoyulub. Həmçinin bildirilib ki, şirkət bu müddət ərzində istifadəçilərdən yığılan bütün məlumatları silməli və Xarici İnvestisiya Komitəsinə məlumat verməlidir.

Qeyd edək ki, Kevin Mayer 2020-ci ilin mayında “TikTok”un baş icraçı direktoru təyin olunub. Sənədə əsasən, istefadan sonra hazırkı baş menecer Vanessa Pappas “TikTok”un müvəqqəti icraçı direktoru olacaq.
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr