DYP: Bir sıra şəxslər həftəsonu rayonlara buraxılmayacaq

Manset / Ölkə 28-avq, 12:209 xebertv 330 0
DYP: Bir sıra şəxslər həftəsonu rayonlara buraxılmayacaq


Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Goranboy, Göygöl, Salyan rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirildiyindən son vaxtlar, xüsusilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və işləyən şəxslərin kütləvi şəkildə məhz həftəsonu respublikanın ayrı-ayrı bölgələrinə ezamiyyətə getmələri müşahidə olunur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Verilən icazədən sui-istifadə hallarının qarşısının alınması məqsədilə DİN Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarının nəzərinə çatdırır ki, həftənin şənbə və bazar günləri fəaliyyət göstərməyən xidmət sahələrində çalışan işçilərə müvafiq ezamiyyə vərəqələrinin verilməsinə və ya “icaze.e-gov.az” portalına bu haqda məlumatların daxil edilməsinə baxmayaraq, həmin şəxslər ezam olunduqları ərazilərə həftəsonu gedəcəkləri təqdirdə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilmiş inzibati ərazilərin sərhədlərində yerləşən xüsusi karantin postlarından buraxılmayacaqlar.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr