“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”

Siyasət 28-avq, 16:069 xebertv 397 0
“Partlayışdan sonra Livandakı erməni ailələri Şuşada məskunlaşdırılır”


“Təəssüf ki, Ermənistan yenə də öz təxribat xarakterli əməllərindən əl çəkmir və provakativ addımlarını müxtəlif tərzdə həyata keçirir. Onlar insan faciəsindən belə istifadə edirlər”.

Bunu “Qafqazinfo”ya açıqlamasında parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Dağlıq Qarabağda Livandan köçürülən erməni ailələrinin qanunsuz yerləşdirilməsi məsələsinə münasibət bildirərkən deyib.

S. Seyidov xatırladıb ki, bir müddət əvvəl Livanda partlayış nəticəsində xeyli insan xəsarət alıb: “Ermənistan bundan istifadə edərək erməni ailələrinin Dağlıq Qarabağda, hətta Şuşada məskunlaşmasıyla bağlı fəaliyyətə başlayıb. Bu sadəcə beynəlxalq qanuna zidd olan məsələ deyil, eyni zamanda beynəlxalq cinayətdir. Ona görə ki işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma prosesi aparmaq beynəlxalq Cinayət Məcəlləsinə daxil olan məsələ kimi qiymətləndirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatların tövsiyələri, o cümlədən qətnamələri var. Avropa Şurasının, Avropa Parlamentinin, Birləşmiş Millətlər Təşkilatı, o cümlədən ATƏT-in Minsk qrupu da bununla bağlı mövqeyini bildirməlidir. Əgər deyilənlər reallıqdısa, yəni Şuşada erməni ailələri qanunsuz məskunlaşdırılırsa, bu, birbaşa növbəti provakasiyadır və sülh prosesinə ciddi təsir edir. Yox, əgər bu məlumatlar yanlış informasiyalardırsa, o zaman bu, yenə provakasiya kimi qiymətləndirilməlidir. Ona görə ki, iyul hadisəsindən sonra Ermənistan vəziyyəti yenə də gərginləşdirmək istəyir və məqsədlərindən əl çəkmir. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatlar onları bu təxribatlarından çəkindirməyə çalışır.

Bununla əlaqədar parlamentin beynəlxalq əlaqələr komitəsi olaraq beynəlxalq təşkilatlara müraciətlər edəcəyik. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Amerika- Azərbaycan Dostluq qrupunun rəhbəri kimi Amerikadan olan həmsədrə də bir məktub göndərəcəyik ki, məsələyə münasibətlərini bildirsinlər. Ermənistanı növbəti təxribatlardan, qeyri-qanuni, cinayət tərkibli fəaliyyətdən çəkindirsinlər”.

tv713.az
Çap et
Oxşar Xəbərlər
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
Sosial şəbəkələr